ən çox verilən suallar

1-Qısa müddətli dövrələrdə necə qeydiyyatdan keçmək olar?

Qısa müddətli dövrələrdə qeydiyyatdan keçmək üçün, əvvəlcə saytın ana səhifəsində menyu vasitəsilə istifadəçi adı yaradın, sonra seçdiyiniz dövrənin izahlarına aid səhifədə, qeydiyyat düyməsini tıklamaqla qeydiyyat prosesini tamamlayın.    

 


 

2-İstədiyim dövrəni necə tapa bilərəm?

İstədiyiniz dövrəni tapmaq üçün, aşağıdakı üsullardan birini istifadə edə bilərsiz:

a- Axtarış zolağı vasitəsi ilə, mövcud dövrələrin adları arasında kəlməni axtarın.

b- Təklif olunmuş məzmunun təsnifatı vasitəsi ilə, qısa müddətli dövrələr səhifəsinə daxil olub, müəyyən bir mövzuya aid olan dövrəyə baxın.

 


 

3-Qısa müddətli dövrələrdə iştirak etmək üçün, təhsil haqqı ödəmək lazımdırmı?

Seçilmiş dövrələrə bağlıdır. Dövrələrin bəzisi pulsuz təklif olunur. Amma ödənişli olan dövrələr də var.

 


 

4- Dövrəni bitirmə sertifikatını almaq üçün pul ödənilirmi?

Dövrənin sonunda sertifikatı almaq istədikdə, sertifikatın verilmə və göndərilmə xərcləri alınacaqdır. Hər hansı bir səbəbdən sertifikatın çapını  göndərmək üçün heç bir imkan olmasa, yalnız sertifikatın verilmə pulu alınacaqdır.

 


 

5- Dövrədə təhsil xərci ödəmək tələb olunarsa, necə ödəmək olar?

Təhsil xərclərini qəbul edən elektronik sistem qurulana kimi, təhsil xərcini ölkə xaricində olan təmsilçiləriimizdən birinə nəqd formada ödəyə bilərsiz.

 


 

6-Qısa müddətli dövrələr müəyyən vaxtlarda başlayır ya sona çatırmı?

Dövrələrin çoxunda xeyr. Qeydiyyatınız hər hansı bir dövrədə yekunlaşsa, təqdim olunan mövzudan istifadə edib, dövrənin test imtahanında iştirak edə bilərsiz. Dövrəni bitirməyin sürəti, tamamilə sizin dövrənin məzmunundan istifadə sürətinizə bağlıdır.

Əlbəttə bəzi dövrələrin canlı dərsi ola bilər. Belə olan halda, dərslərin proqramı dövrənin profilində elan olunacaqdır.

 


 

7-Bir dövrəni bitirmək üçün, müəyyən bir vaxt nəzərə alınıbmı?

Bəli. Hər dövrənin müəyyən zamanı var ki, dövrənin xüsusiyyətlər bölümündə qeyd olunur. Hansı dövrə belə olmayanda, dövrənin xüsusiyyətləri bölümündə ona işarə edilir.

 


 

8-Dövrəni bitirmə imtahanında necə iştirak etmək olar? İmtahanda iştirak etməyin qaydaları hansılardır?

Dövrəni bitirmə imtahanında iştirak etmək üçün, dövrənin məzmununu sonuna kimi bitirməliziniz. İmtahanda iştirak etmək üçün heç bir xüsusi şərait yoxdur.

 


 

9-Dövrələrdə iştirak etmək üçün, şəxsiyyət sənədi və ya xüsusi təhsil sənədi göndərilməlidir? Necə göndərmək olar?

Dövrənin sertifikatını almaq üçün müraciət etsəniz, etibarlı şəxsiyyət vəsiqəsi ya pasportun birinci səhifəsinin kopyası və şəkilinizi, sistemə yükləməlisiniz. 

 


 

10-Bir dövrəni bitirmə sertifikatını necə almaq olar?

Dövrənin son imtahanını müvəffəqiyyətlə versəniz, sertifikatı almaq üçün müraciət edə bilərsiniz. Belə olan halda, sistem etibarlı şəxsiyyət vəsiqəsi ya pasportun birinci səhifəsinin kopyası və şəkilinizi istəyəcəkdir.

Sənədləri yüklədikdən sonra, sertifikatın verilmə və göndərilmə xərclərini ödəmək prosesini keçməlisiniz.

Sonda, göndərilən səndələr təsdiq olunduqdan və ödədiyiniz pul alındıqdan sonra, sertifikatınız veriləcək və ünvanınıza göndəriləcəkdir.

 


 

11-Dövrəni bitirmə sertifikatı yalnız digital formada verilir, yoxsa çap edilmiş sertifikat almaq da mümkündür?

Sizin sertifikat istəməyiniz, çap edilmiş sertifikatın verilməsi kimi olduğuna görə, ona aid bütün proseslər icra edilməlidir. Eyni zamanda, poçtla göndərməkdən əlavə, verilən sertifikatın şəkili bir görüntü formasında sizə veriləcəkdir.

Hər hansı bir səbəbdən, sertifikatı göndərmək mümkün olmasa, yalnız qeyd olunan görüntü sizə veriləcəkdir.

 


 

12-Virtual universitetin uzun müdətli fakültələrində və qısa müddətli dövrələrində eyni zamanda qeydiyyatdan keçmək olarmı?

Bəli. Universitetin uzun müddətli fakültələrində və qısa müddətli dövrələrində eyni zamanda təhsil almaq mümkündür.

 

 

Bizilmə əlaqə

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

+98 25 32114115

təbliğatçımıza

Şəbəkələr-saytlar

Üzvlük xəbər bülleteni