Elmi-tədqiqat

Elmi-tədqiqat departamenti, əl-Mustafa Beynəlxalq Universitetinin strateji hədəflərinin və elmi-tədqiqata əsaslanan təhsil sisteminin icrası üçün müxtəlif elmi-tədqiqat proqramlarını icra edir.

 

Elmi-tədqiqat departamenti, üç fəaliyyət bölümündən; Elmi məhsulların hazırlanması bölümü, Tədqiqat bölümü, Virtual kitabxana idarələrindən təşkil tapır ki, onların fəaliyyətləri aşağıdakı formada tənzimlənmişdir:

  1. Elmi məhsulların hazırlanması

 

Əl-Mustafa Beynəlxalq Virtual Universitetinin müxtəlif ixtisasları üzrə təhsil və elmi-tədqiqat məhsulları müxtəlif dillərdə, bu bölümdə hazırlanır. Təhsil məhsulları iki bölümə: Qısa və Uzun müddətli dövrələrə aid edilir.

İxtisasların təhsil məhsulları tələbələrə təqdim edilməmişdən öncə bu üç əsas hazırlanma prosesini tamamlamalıdır:

A) Elm və təhsil mətnlərinin hazırlanması

 Tələbələrə təqdim olunan dolğun və dərin məzmunlu təhsil mətnləri, elmi qrupların vasitəsilə bir-neçə şəkildə; təlif, tədvin, xülasə, tənzim, tərcümə və sair formalarda, seçilmiş ustadlar və həmin elmlərin mütəxəssisləri tərəfindən hazırlanır.

 

 B) Media məhsulları

 Təhsil və elmi-tədqiqat məhsullarını ali keyfiyyətlə təqdim etmək, onun cəzbediciliyini artırmaq və həmçinin zənginləşdirmək məqsədilə, tələbələr üçün hazırlanan elmi-təhsil məzmunlar universitetin lazımı texniki avadanlıqlarla təchiz olunmuş studiyasında müəllimlər tərəfindən tədris edilir. Ardınca tələb olunan süzgəc prosesindən keçirilib, tələbələrə təqdim edilir.

 

 C) Texniki proseslər

 Təhsil mətnlərinin hazırlanması, tədris miqdarının tənzim edilməsindən sonra, dərs məzmunları ən müasir texniki avadanlıqlarldan istifadə edilməklə, müxtəlif təhsil məhsulları forma

larında tələbələrə təqdim edilir.

  1. Nəşr məhsulları

 Elm yaradıcılığının sistematik xüsusiyyətlərindən biri də, elmi-tədqiqat məhsullarını təqdim etmək bacarığıdır. Buna görə də, təbii olaraq çalışırıq ki, universitetimizdə həmin xüsus

da bir sıra fəaliyyətlər ortaya qoyulsun. Bu sahədə, universitetin elmi qruplarının həmkarlığı ilə təlif, tədvin və tərcümə sahəsində nəşr edilən kitab və məqalələr toplusunu nümunə göstərmək mümkündür.

 

  1. Jurnal və intişatar

Pure Life” Əl-Mustafa Beynəlxalq Virtual Universitetinin bir-neçə dildə fəaliyyət göstərən ilk elmi-tədqiqat jurnalıdır. Fəsldə bir dəfə işıq üzü görən jurnal

, islam araşdırmaları sahəsində və islami həyatın tədqiqatı barədə olan məqalələrdən təşkil tapır. Burada əsas olaraq dəyərli tələblərin və həmçinin başqa tədqiqatçıların məqalələri yer alır.

Jurnal azərbaycan, ingilis, fars, ərəb, fransız və ordu dillərində fəaliyyət göstərir.

Pure Life” jurnalının nəşr edilmiş buraxılışlarının electron versiyarını və Əl-Mustafa Beynəlxalq Universitetinin çap etdiyi başqa mətbuat məhsullarını müşahidə etmək üçün سامانه جامع نشریات المصطفی (ص) buraya müraciət edin.

 

  1. Elmi konfranslar, festivallar və təlim kurslarının təşkil edilməsi

 

Universitetin müəllimləri və tələbələrinin elmi səviyyəsi və tədqiqat məharətlərinin keyfiyyətini daha da yüksəltmək məqsədilə, ixtisaslaşmış təlim kurslarının təşkil edilməsi Əl-Mustafa Beynəlxalq Virtual Universitetininin bu sahədəki fəaliyyətlərinin bir hissəsidir. Elmi-tədqiqat departamenti belə təlim kurslarını müxtəlif dillərdə təşkil etmiş və onların video-audio çarxlarını arxiv bölümündə müçahidə etmək mümkündür.

  1. Tələbələrin Elmi Təşkilatları (Dərnəklər)

 

Tələbələrin elmi fəaliyyətlərini gücləndirmək və inkişaf etdirmək üşün, Elmi-tədqiqat Departamenti, “Tələbələrin Elmi  Təşkilatları”nın yaradılmasına addım atmışdır.

 

Dərnəyin adı:

İslam əxlaqı Dərnəyi

İslam Şəriəti dərnəyi

Quran və hədis araşdırmaları dərnəyi

İslam araşdırmaları dərnəyi

Elmi-qrup:

İslam əxlaqı və tərbiyəti fakültəsi

Fiqh və Hüquq fakültəsi

Quran və hədis araşdırmaları fakültəsi

İslam araşdırmaları fakültəsi

 

Dil:

Fars dili bölümü

 

Ərəb dili bölümü

 

Ordu dili bölümü

 

Azərbaycan dili bölümü

 

Elmi səviyyə:

Magistr

Bakalavr

Bakalavr

Magistr

Üzvlərin sayı:

16

34

45

34

Dərnək rəhbəri:

Məhdi Hidayəti

Maarif əl-Fəzli

Seyidə Zəhra Kazimi

Şamil Kamiloğlu

Əsasnamə:

Fəsl 6, maddə 19

Fəsl 6, maddə 19

Fəsl 6, maddə 19

Fəsl 6, maddə 19

 

Qeyd 8

Qeyd 8

Qeyd 8

Qeyd 8

Təsdiqlənmə tarixi:

 

 

 

13 İyun 2015

Nəzarət:

Məhəmmədrza Sərəfrazi

Dr. Təshin Bədri

Dr. Cabir Məhəmmədi

Dr. Tofiq Əsədov

 

 

  1. Virtual kitabxana

Elmi tədqiqat və və təhsil fəaliyyətlərinin keyfiyyətli olması üçün zəruri ehtiyaclardan biri də, elmi kitab, məqalə, dissertasiya işlərindən tələbələrin istifadə etmək imkanının olmasıdır. Onların bu vasitələrdən asan şəkildə və ən az xərclə bəhrələnməsi üçün şərait yaratmaq məqsədilə “Virtual kitabxana” yaradılmışdır.

  1. Elmi həmkarlıq

Əl-Mustafa Beynəlxalq Virtual Universiteti ilə elmi həmkarlıq məqsədiniz varsa, yaxud universitetin jurnal və nəşriyyələrinə məqalə təqdim etmək istəyirsinizsə, aşağıdakı emailə ünvanlayın:

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

  1. Elmi konfranslar, festivallar və dəyirmi masalar

Daxili, milli, məntəqə təmayüllü və beynəlxalq konfrans və festivallar, həmçinin, elmi-nəzəriyyələrin müzakirəsi disputları universitetin dünya səviyyəli fəaliyyətlərindəndir. Hədəf, elmi bəhsləri inkişaf etdirmək, mədəni-elmi dialoqları gücləndirmək, din və məzhəblər arası rabitə və anlaşmaları yüksək müstəviyə çatdırmaqdır.

Bu əsasla, “Dinin təhsildə virtual fəzanın təsirləri və potensialları” adlı beynəlxalq festivalın yeddi dildə icrası, həmçinin “Şeyx Tusi”, “Humanitar elmlər və İslam mədəniyyəti”, “Fars dilli olmayanlar üçün fars dili təlim mənbələri” kimi mötəbər festival və müsabiqələrlə də həmkarlıq da bu qəbil fəaliyyətlərdəndir.

 

 

 

  1. Elmi-tədqiqat müsabiqələri

 Tələbələrdə elmi araşdırmalara və tədqiqata rəğbətin yaradılması, universitetin əsas hədəflərindən biridir. İndiyədək, Buna görə də, Elmi-tədqiqat Departamenti tərəfindən 10-dan çox elmi-müsabiqələr: kitab mütaliəsi müsabiqəsi, ən yaxşı kitab xülasəsi müsabiqəsi, ən yaxşı tədqiqat planı müsabiqəsi, ən dolğun məlaqə yazmaq müsabiqəsi, elmi mətnlərin ən yaxşı tənqidi müsabiqəsi və sair kimi müsabiqələr Azərbaycan, Fars, Ərəb, İngilis, Ordu dillərində icra edilib. Hal-hazırda bunlardan bəzisi davam etməkdədir.

 

B) Dini (azad) diskussiya

Dini (azad) diskussiya tələbələrin sual və şübhələrinə cavab vermək, Beynəlxalq səviyyədə olan elmi-dini sualları cavablandırmaq universitetin vəzifə və hədəflərindən biridir. Müxtəlif dillərdə ortaya qoyulan sualları cavablandırmaq məqsədilə mütəxəssislər, ustadlar və tələbələr arasında bir körpü rolunu oynayır.

 

 

 

 

 

Bizilmə əlaqə

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

+98 25 32114115

təbliğatçımıza

Şəbəkələr-saytlar

Üzvlük xəbər bülleteni