Page 15 - Islamic Studies 02
P. 15

Modern cahiliyyət ilə mübarizə metodları/ (13


               şikayətlənərək  buyurur:  “Nadanlıqda  yaşayan  insanlardan
               Allaha şikayət edirəm”.
                  O  həzrət  başqa  bir  hədisdə  buyurur:  “Özünü  abid  kimi
               göstərən  nadanlardan  və  günahkar  alimlərdən  uzaq  olun.
               Çünki      onlar    cəmiyyətdə      olan     bütün     çaxnaşmaların
                                 1
               mənşəyidirlər”.
                “Və (yadınıza salın) o zaman(ı) ki, Musaya (səma) kitab(ı) və
               (haqqı batildən) ayıran verdik ki, bəlkə hidayət olunasınız”.      2
                  Qurani-məciddə  Musa  peyğəmbərlə  (ə.s)  sehrbazların
               əhvalatının  bir  hissəsində  buyurulur:   “Beləliklə  elə  ki,
               (cadugərlik  alətlərini)  atdılar  camaatın  gözlərini  (sehrlə)
               bağladılar  və  onları  çox  qorxutdular  və  böyük  bir  sehr
               yaratdılar”. 3   Həzrəti  Musa  (ə.s.)  özündə  qorxu  keçirdi.
                  Həzrəti  əmirəl-möminin  Əli  (ə.s)  Musa  peyğəmbərin  (ə.s)
               qorxması  məsələsini belə  izah  edir:  “Musa  (ə.s)  öz  canından
               ötrü  qorxmadı.  Onun  qorxusu  bundan  ötrü  idi  ki,  olmaya
               nadan  insanlar  və  batil  hökumətlər  qələbə  çalsınlar”.
                  Həzrəti  Əmir  (ə.s)  bu  izahında  nadanların  əyri  əməllərlə
               məşğul  olmalarını,  eləcə  də  nadanlığın  Peyğəmbərlə  (s)  açıq
               mübarizə  və  zalımları  himayə  etmək  kimi  böyük  günahlara
               səbəb olmasını açıqlayır.
                 Həzrəti imam Rza (ə.s) buyurur: “Hər kəsin dostu onun ağlı,
               düşməni isə nadanlığıdır”.    4
                 Allahın  rəsulu  (s)  buyurur:  “Ya Əli, mən, sən  və nəslindən
               olan  imamlar  dünyanın  sərvərləri  və  axirətin  padşahlarıyıq.






               1Qisarul-cəməl, c. 1, səh. 128.
               2Bəqərə, 53.
               3Əraf, 116.
               4əl-Kafi, c. 1, səh. 11.
   10   11   12   13   14   15   16   17   18   19   20