Page 106 - Islamic Studies 03
        P. 106
     İlahi rəhmət axirətdə
                                       1
               Kənan Məhəmmədov
                                             Abstrakt
               İslam  dini  hər  bir  halda  insanları  Allahın  rəhmətinə  ümid
               bəsləmələrinə təşviq edir. Allahın rəhmətindən ümidi kəsməyi
               küfrə  və  şirkə  bərabət  tutur.  Mehriban  Allah  hər  nə  olursa
               olsun  insanın  tövbəsini  qəbul  edəcəyini  söyləyir.  Hətta
               günahlarını səvaba çevirəcəyini vədə verir. Dünyada hər kəsə
               rəhimli olan axirətdə möminlərə rəhimli olacaq. Hətta o qədər
               günahkarları  bağışlayacaq  ki,  şeytan  da  Allahın  rəhmətinə
               ümidlənəcək.  Bu  dünyada  ümumi  rəhmətdən  istifadə  edənin
               üzünə Allahın xüsusi rəhmət qapıları açılar. Lakin ilahi rəhmət
               möminləriə daha genişdir. Əgər qiyamət olsa bu xüsusi rəhmət
               yalnız möminə şamil olacaq.
               Açar  kəlmələr:  İlahi  rəhmət,  rəhmaniyyət,  axirətdə  rəhmət,
               bağışlamaq
               Axirətdə rəhmətin zühuru
                     Allah Təalanın hər kəsə rəhmli olması heç kimə gizli deyil,
               lakin  Rəbbimizin  bir  növ  rəhməti  də  var  ki,  xüsusi  rəhmət
               sayılır.  Bu  rəhməti  qəbul  edə  bilən  xüsusi  insanlara  şamil
               edilir.  Əllamə  Təbatəbai  bu  haqda  "Əraf"  surəsinin  156-cı
                - İslam araşdırmaları fakültəsinin məzunu, Hikmət və Dinlərarası Araşdırma İnstitutu,  1
                                            Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran
     	
