Page 14 - Islamic Studies 05
P. 14

13) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               məlum  olur  ki, Allah  Quran  ayələrinin  fəlsəfi  mənaya  malik
               olduğunu başa salmaq istəyir.


                 Həmçinin Allah  bu ayədə  müsəlmanlara  Quranı və  hikməti
               unutmamağa dəvət edir.

                 (Ey Rəsulum!) Bunları sənə, ayələrdən və hikmətlə dolu olan
                                      1
               Qurandan oxuyuruq.
                 Diqqət  etsək,  görərik  ki,  Allah-tala  bu  ayədə  Quranın
               hikmətlə  dolu  olduğunu  başa  salır  və  Quran  ayələrinin
               hikmətlə yanaşı izah olunduğunu bəyan edir.


                 Əgər  sənə  Allahın  lütfü  və  mərhəməti  olmasaydı,  onlardan
               bir  dəstə  səni  (haqdan)  azdırmaq  niyyətində  olardı.  Halbuki,
               onlar  özlərindən  başqasını  azdıra  bilməzlər  və  sənə  heç  bir
               zərər  verə  bilməzlər.  Allah  sənə  Kitabı  (Quranı)  və  hikməti
               nazil etdi, eləcə də daha əvvəl bilmədiklərini öyrətdi. Allahın
               sənə olan lütfü böyükdür.
                                             2
                 Bu ayədə də Allah yenə Quran ilə birgə hikmət, yəni fəlsəfə
               sözünü işlədib. Ayədən belə məlum olur ki, hikmət də Quran
               ayələri  kimi  Allah tərəfindən nazil olmuş  bir nemətdir. Yəni
               necə ki, Quran ayələrini oxuyub, haqqında düşünmək insanlar
               üçün  faydalıdır,  həmin  ayələrin  fəlsəfi  yönləri  haqqında  da
               düşünmək insana fayda verər.

                 (Bu Quran) hikmət sahibi və hər şeydən xəbərdar olan Allah
               tərəfindən  ayələri  möhkəmləndirilmiş,  sonra  da  izah  edilmiş
               bir kitabdır.
                             3




                                                                              Ali - İmran, 58. 1
                                                                                  Nisa, 113. 2
                                                                                    Hu d, 1. 3
   9   10   11   12   13   14   15   16   17   18   19