Page 10 - Islamic Studies 06
P. 10

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /9

               Giriş

               “Məni  yad  etməkdən  üz  döndərən  kəs  üçün  isə  (qeyb
               aləmindən  qırıldığı,  nəfsi  qane  olmadığı,  gözü  doymadığı,
               arxalandığı  dayaqlar  süst  olduğu  və  hadisələrdən  qorxduğu
               üçün,  var-dövləti  çox  olsa  belə)  mütləq  sıxıntılı  həyat
               olacaqdır  və  Qiyamət  günü  onu  Məhşərə  kor  gətirərik.”1
                      Qurani-Kərim  Allah-Taalanı  yenilməz  qüvvət  sahibi
               bildirib  deyir  ki,  yaxşı  və  xoşbəxt  həyata  can  atan  insan
               imandan  üz  döndərməklə, uğurlara  və  səadətə  aparan  yoldan
               və  bütün  bu  faydalardan  üz  çevirmiş  olur.  Hər  birimiz  özü
               üçün  indi  nəyin  vacib  olduğunu  müəyyənləşdirməli  və
               gələcəkdə  də  nə  qədər  əhəmiyyətli  olacağını  fikirləşməlidir.
               Əgər  insan  qanuni  üsullarla  səadət  yolunu  seçibsə,  bu  işdə
               Allah-Taala  ona  kömək  edər  və  o,  qəlbində  xoşbəxtlik  və
               əminamanlıq tapar. Allah-Taala insanı həm yoxsulluq, həm də
               zənginliklə sınağa çəkə bilər və bu sınaqlardan hansının insana
               daha çətin olduğunu yalnız O bilir. Yalnız mömin insana Uca
               Yaradan yenilməz qüvvət verər və bu həyatda məruz qaldığı
               imtahana  görə  və  Allah-Taaladan  aldığı  hər  bir  şey  üçün
               Allaha şükür edər.

               İslam dinc və sülhsevər din olaraq insanları xeyirxah işlər və

               yaxşı  əməllər  görməyə  çağırır.  Qurani-Kərimdə  belə  deyilir:
               “Şübhəsiz,  Allah  təqvalı  olanlarla  və  yaxşı  işlər  görən
               kəslərlədir.”2  “Və  (kafirlərin  casusları  tərəfindən)  təqvalılara
               deyilər:  "Rəbbiniz  nə  nazil  etmişdir?"  Deyərlər:  "(Başdan-
               başa)  xeyir  və  yaxşılıq  (gözəl  hökmlər  və  gözəl  savablar)!"
               (Bəli) yaxşılıq edənlər üçün bu dünyada gözəl mükafat (pak və
               gözəl həyat) vardır və şübhəsiz, (onlar üçün) axirət evi daha




               1 - Taha surəsi ayə124
               2 - Ən Nəhl surəsi ayə 128
   5   6   7   8   9   10   11   12   13   14   15