Page 78 - Islamic Studies 06
        P. 78
     İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /77
               qiyamında kişilərlə birlikdə 50 nəfərə yaxın qadın da İmamla
               (ə.f)  çiyin-çiyinə  döyüşəcək.  Qurani-Kərimdə  dəfələrlə
               qadınların  kişilərlə  bərabər  hüquqlu  olduğu  xatırladılır.
               Quranda buyrulur: “Həqiqətən, Allah məhz müsəlman kişilər
               və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və
               qadınlar, doğru  danışan  kişilər  və  qadınlar, səbirli  kişilər  və
               qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və
               qadınlar,  sədəqə  verən,  oruc  tutan  kişilər  və  qadınlar,  ayıb
               yerlərini  (zinadan)  qoruyub  saxlayan  kişilər  və  qadınlar  və
               Allahı  çox  zikr  edən  kişilər  və  qadınlar  üçün  (axirətdə)
               məğfirət  (bağışlanma)  və  böyük  bir  mükafat  (Cənnət)
                                1
               hazırlamışdır!”
                   Qısa olaraq bunu deyə bilərik ki, müqəddəs İslam dinində
               qadınlarla  kişilər  arasında  olan  bütün  xüsusiyyətlər,
               üstünlüklər,  o  cümlədən  səbr,  təvazökarlıq,  iman  və  sədaqət
               kimi sifətlər də bərabərhüquqludur. Bu isə qadınların da İlahi
               məqam  və  kamillik  dərəcəsinə  çatmaqda  qüdrət  və  istedad
               sahibi olduğunun göstəricisidir.
               1 . Quran: Əhzab surəsi, ayə 35
     	
