Page 41 - Islamic Studies 03
        P. 41
     40) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
                 Zərrələrdən  bitkilərə,  bitkilərdən  isə  heyvanlar  və  insanlar
                 arasındakı  qadınlıq-kişiliyə  qədər  hər  şey  cütdür  və  biri-
                 birinə  möhtacdır.  Müsbət  mənfiyə,  elektron  protona,  gecə
                 gündüzə,  yaz  qışa,  yer  üzü  göy  üzünə,  kişi  qadına,  qadın
                 kişiyə möhtacdır. Bunlarla yanaşı, hal-hazırda bilmədiyimiz,
                 ancaq elm və texnologiyanın inkişafı ilə öyrənə biləcəyimiz
                 neçə-neçə cütlər vardır.
                     Məhz  Allah  (c.c.)  qadını  yaradarkən,  elektrona  nisbətən
                 protonu,  müsbətə  nisbətən  mənfini,  erkək  toxuma  nisbətən
                 dişi toxumu yaratdığı kimi, kişini yaratmış və bu cütlərdən
                 bir  vəhdət  meydana  gətirmişdir.  Ancaq  elektron  protona,
                 müsbət  mənfiyə  bərabər  olmadığı  kimi,  qadın  da  kişiyə
                 bərabər  ola  bilməz.  Bu,  fitrətin  dəyişməz  qanunlarından
                 biridir.  Çünki  tək  olan  Allahdan  başqa  hər  şey  yarımçıq,
                 qüsurlu olduğu kimi, varlığını davam etdirə bilmək üçün də
                 heç  bir  şey  öz-özünə  kifayət  edə  bilməz.  Buna  görə  də
                 yarımçıq  olan  kişi  və  qadın  bir  araya  gələrək  bir-birini
                 tamamlayacaq və bir vəhdət təşkil edəcəkdir ki, bütünün əsl
                 həqiqəti də bu vəhdətdədir.
                    Yəni  qadın  və  kişi  bir-birinə  bərabər  deyil,  əksinə  bir-
                 birinin tamamlayıcısıdır. Allah Rəsulu (.s.) bir hədisində bu
                 həqiqəti  ifadə  etmişdir:  “İnnəman-nisa  şaqaiqurrical  –
                 Qadınlar kişilərin yarısıdır.”
                     Hədisdəki  “şaqaiq”  kəlməsi  tən  ortadan  ikiyə  bölünmüş
                 bir  bütünün  hissəsi  deməkdir.  Yəni  bir  bütünü  meydana
                 gətirən iki hissədən hər biri digərinin





