Page 46 - Islamic Studies 03
        P. 46
     İslamda Ailə./ (45
                 kök atmışdır. Yaxın zamanlaradək əksər avropa ölkələrində
                 qadın ən ibtidai hüquqlardan məhrum idi.
                 Müasir  mədəniyyət  qanunları  əsasında  qadınların  bir  çox
                 hüquqları  ayaq  altına  alınmışdı.  Bə`zi  ideologiyalarda,
                 xüsusi ilə də xristianlıqda qadın insanda şübhə və tərəddüd
                 yaradan  şeytani  bir  mövcud  kimi  tanıtdırılır,  kişilərin
                 süqutunun  əsas  səbəbkarı  kimi  təqdim  olunur.  Bu  sayaq
                 düşüncə tərzinə hələ də əksər cəmiyyətlərdə təsadüf olunur.
                 Bizim də  əqidə  və  e`tiqadımızda  Qur`an  prinsiplərinə  zidd
                 olaraq  bu  sayaq  xurafi  münasibətlər  görünməkdədir.  Belə
                 yanlış  düşüncələrin  zehinlərə  yol  tapması  əməldə
                 xoşagəlməz       nəticələrlə    sonuclanır.Əgər      kişi    qadını
                 vəsvəsəçil,  şeytani  və  şər  bir  mövcud  kimi  tanısa,  onu
                 cilovlamağı özünə vəzifə biləcək, bu yolda qadını istənilən
                 bir şəkildə sıxıntıya salmağı mümkün sayacaq. Keçmişdə bu
                 sayaq  ailə  rabitələrinin  nümunəsi  çox  olmuşdur.  Həmin
                 ailələrdə kişi ailənin himayəçisi kimi yox,  müstəbid hakim
                 kimi tanınırdı. Belə bir kişi üçün arvad-uşaq bir qul kimi idi.
                 İndi də bə`zi ailələrdə bu sayaq münasibətlə rastlaşırıq. Belə
                 ailələrdə yalnız qeyd-şərtsiz itaət dəyər sayılır. Ailədə kişiyə
                 bu  sayaq  hərtərəfli,  korkoranə  və  qulsayağı  itaət  mövcud
                 olduqda onu, adətən, “patriarxal” adlandırırlar





