Page 52 - Islamic Studies 03
        P. 52
     İslamda Ailə./ (51
                  “Cənnətdə  qadınların  az  olduğunu  gördüm.  Səbəbini
                 soruşdum.  “Onları  qızıl  və  ziynət    əşyası  məşğul
                 etdi.”dedilər”. [İ.Əhməd]
                 Əri  ilə  əlindən  gəldiyi  qədər  gülərüzlü  davranıb,  sevgi
                 göstərməli,  dili  ilə  də  onu  incitməməlidir.  Hədisi-şərifdə
                 buyurulur ki:
                 “Qiyamətdə Allahu təala ərinə dili ilə əziyyət edən qadının
                 dilini 70 arşın uzun edib, boynuna dolanar. Ərinə pis gözlə
                 baxan  qadını  da  başı  kəsik  və  bədəni  parçalanmış  hala
                 çevirər.” [Şira]
                 “Səndən nə gördüm” deyərək küfrani-nemətdə olmamalıdır.
                 İki hədisi-şərif məalı belədir:
                 “Əgər  ərlərinə  qarşı  küfrani-nemətdə  olmasalar,  namaz
                 qılanlar dərhal Cənnətə girərdi.” [Şira]
                 “Cəhənnəm  əhlinin  əksəriyyətini  qadınların  təşkil  etdiyini
                 gördüm.  Səbəbi  də  çox  lənət  edərlər  və  ərlərinə  qarşı
                 küfrani-nemətdə olarlar.” [Buhari]
                 Ərinə bir yaxşılıq etmişdirsə, başına  qaxmamalıdır. Yemək
                 və  geyinmək  kimi  xüsuslarda  ərini  üzməməli,  edə
                 bilməyəcəyi  şeyi  ondan  istəməməlidir!  Ərinin  şərəfini
                 qorumalı, hər işdə onun rızasını qazanıb könlünü xoş etməyə
                 çalışmalıdır! Hədisi-şərifdə buyurulur ki:
                 “Ərin  xanımı  üzərındəki  haqqı,  mənim  sizin  üzərinizdəki
                 haqqım  kimidir.  O  halda  ərinin  haqqına  riayət  etməyən,





