Page 53 - Islamic Studies 03
        P. 53
     52) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
                 Allahu təalanın haqqına riayət etməmiş olar.” [Şira] Qadın
                 ərini incitməməlidir.
                 Bir  gün  Həzrəti-Fatimə  ağlayaraq  atasının  yanına
                 gəldi.  Rəsulullah  əfəndimiz  buyurdu  ki:  -Ya  Fatimə,
                 nə üçün ağlayırsan?
                 İstəməyərək söylədiyim bir sözdən Əli mənə hirsləndi. Üzr
                 istədim. Ancaq onu incitdiyim üçün ağlayıram.
                 -Qızım bilmirsənmi  ki, Allahu təalanın rızası ərin rızasından
                 asılıdır.
                 Nə xoşbəxtdir o qadın ki, həmişə ərinin rızasını qazanmağa
                 çalışar, əri ondan razı olar. Qadınlar üçün ən üstün ibadət,
                 ərinə itaət etməkdir. Kişi xanımından razı olduqda, o qadın
                 istədiyi  qapıdan  Cənnətə  girməyə  haqq  qazanar.  Ərini
                 incidən qadın onu razı edənə qədər Allahu təalanın lənətində
                 olar. [ R.Nasihin]
                 Ər  haqqına  riayət  etmək  qadına  cihad  etmiş  kimi  savab
                 qazandırır. Hədisişəriflərdə buyuruldu ki:
                       “Ər haqqına riayət, Allah yolunda cihad etmək kimidir.”
                 [Tabərani]  “Qadın  ərindən  icazəsiz  olaraq  nafilə  oruc  tuta
                 bilməz.  Əgər  tutarsa  ac  və  susuz  qalmış  olar,  savab
                 qazanmaz.  Ərindən  icazəsiz  evindən  çölə  çıxa  bilməz.
                 Çıxarsa,  göydəki  mələklər  geri,  evinə  qayıdana  qədər  ona
                 lənət edər.” [Tabərani]
                 “Bir kişi ehtiyacı olduğu  üçün xanımını çağırsa, qadın təndir
                 başında olsa da, dərhal ehtiyacına cavab versın!”  [Tirmizi]





