Page 82 - Pure Life 04
P. 82
DİNİN MƏDƏNİYYƏT ÜZƏRİNDƏ TƏSİRİ
(əxlaqi və mədəni)
1
Müəllif: Səadət Məmmədova (Azərbaycan) ,
2
Dr. Tofiq Əsədov (Azərbaycan)
Alınan Tarix: 05/10/2015 Qəbul Tarixi: 28/02/2016
Məqalənin xülasəsi
Tarix boyu hər cəmiyyət öz zaman və məkan şərtlərinə görə
həyat yaşamışdır. Yaşadıqları müddətdə həyatlarını maddi və
mənəvi baxımdan inkişaf etdirməyə çalışmışlar. Hər cəmiyyət
təbii olaraq, böyümək, inkişaf etmək və irəliyə getmək istəyər.
Tarix boyunca bəzi cəmiyyətlərin digərlərinə nisbətən daha çox
yol qət edib, iz qoyduqlarını görmək olar. Bir cəmiyyətin
inkişaf edib mədəniyyət yaratması çox vacib bir mərhələdir.
Heç şübhə yoxdur ki, din sivilizasiyanı zənginləşdirir və daha
da gözəlləşdirir. Əlbəttə belə də deyil ki, hər bir din özü ilə
bəşərin mədəniyyətinə zidd bir mədəniyyət gətirir. Əksinə hər
bir din müəyyən dəyərlər yaradır və ya onları açıqlayır. İslam
dininin dünya mədəniyyətindəki əvəzolunmz təsirləri vardır.
Bu məqalədə elə onun bəzi təsirlərini araşdırırıq.
Açar sözlər: İslam, sivilizasiya, mədəniyyət, bəşər, hüquq
Giriş
Ərəbcə “mədinə” sözündən götürülən mədəniyyət kəlməsi
“şəhərləşmək”, “şəhər həyatını mənimsəmək” deməkdir. Qərb
dillərində istifadə olunan civilisation kəlməsi, latın dilində ci-
vitas kəlməsindən yaranan ingiliscə city, fransızca çite (şəhər)
sözləri ilə və ingiliscə civic (şəhərə aid), civit (kübar) sözləri
ilə eyni mənaları daşımaqdadır.
1. İslam araşdırmaları fakültəsi magistr, Əl-Mustafa Beynəlxalq Open
Universiteti, Qum, İran, seadetmuhemmedi@gmail.com
2. Əsas Elmi-heyətinin üzvü/ Əl-Mustafa Beynəlxalq Virtual Universitetinin,
Qum, iran, tofiq.asadov@inbox.ru