Page 87 - Pure Life 04
P. 87
86) / PURE LİFE, ikinci nəşr ili, Dördüncü buraxılış, (Camadiüs-sani 1437. İsfənd 1394. Mart. 2016)
əksinə, həmfikirliyin, uyğunluğun, bərabərliyin, qarşılıqlı
köməyin vasitəsilə gerçəkləşir.
Həqiqətdə cəmiyyətdə çoxluqlar, ayrılıqlar, ixtilaflar
vəhdətə hər nə qədər yaxın olarsa və mübahisələr,
ziddiyyətlər öz yerini hər nə qədər köməyə, həmrəyliyə
daha çox verərsə, o cəmiyyət daha kamil olar.”
Qurani-Kərimdə buyurulur: «Hamılıqla Allahın ipindən
yapışın, bir-birinizdən ayrılmayın. Allahın sizə bəxş etdiyi
nemətləri yada salın ki, bir zaman siz düşmən olarkən O,
qəlblərinizi bir-birinizə mehriban etdi və Onun bu
nemətinə görə qardaş oldunuz.» (Ali-İmran\103)
Allahın Peyğəmbəri (s):«Ey insanlar! Birliyə,
bütövlüyə üz tutun və parçalanmaqdan çəkinin.» (Knzül-
ümmal, hədis 1028)
İmam Əli (ə) da xütbələrində də təfriqə və parçalanmaq
pislənilir:
«Cəmiyyətin əksəriyyəti ilə birgə olun. Çünki Allahın
əli camaatladır. Bir-birinizdən ayrılmayın ki, sürüdən ayrı
düşən qoyun canavara yem olduğu kimi insanlardan ayrı
düşən də şeytana yem olar. Allah-taala heç kimi təfriqə ilə
xeyirə və səadətə çatdırmaz.» (Nəhcül-Bəlağə, xütbə 127)
Təfriqə, ixtilaf, uyğunsuzluq olan cəmiyyətdə birlikdən
və inkişafdan söz gedə bilməz. E. Durkheimın da dediyi
kimi toplum üzvlərinin eyni dəyərlər çərçivəsində
düşünməkləri və anlaşmaları “kollektiv şüuru” yaradır.
Kollektiv şüurun güclü olduğu cəmiyyətlərdə çətinliklər
qarşısında müqavimət, inkişaf etmək daha asan və sürətli
olur. Sosial, mədəni və dini dəyərləri güclü olan
cəmiyyətlər hər nə qədər maddi ünsürlər baxımından zəif
olsa da, dinamik sosial quruluşa sahibdirlər.
Çünki, onları bir yerə toplayan dəyərlərdir. Bir
toplumun mədəniyyət qurması üçün bir-birinə sıx
bağlanmış fərdlərə sahib olması lazımdır.