Page 92 - Pure Life 04
P. 92
DİNİN MƏDƏNİYYƏT ÜZƏRİNDƏ TƏSİRİ /91
• Yaxşılıq etmək - bütün dinlərin ortaq dəyərlərindən
hesab olunur. Dinlər öz ardıcıllarına yaxşılıq etməyi,
insanlara xidmət etməyi əmr etmişdir. Çünki, yaxşılıq
etmək dindarlığın bir nişanəsidir.
İslamda yaxşılıq etmək dinin əsaslarından biri hesab
olunur. “Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər
və qadınlar Cənnətə daxil olarlar.
Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!” (Nisa –
124) Kim yaxşı bir iş görsə, xeyiri özünə, kim də bir pislik
etsə, zərəri özünə olar! (Casiyə - 15).
İslam dini yardım etməyi və yaxşılığı kimsəni
incitmədən, Allaha xatir etməyi əmr etmişdir. “Ey iman
gətirənlər! Sədəqələrinizi, malını riyakarlıqla (özünü xalqa
göstərmək üçün) sərf edən, Allaha və axirət gününə
inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə
puça çıxarmayın.” (Bəqərə - 264)
İslam dinində yaxşılıq etmək çox yönlü bir davranışdır.
Yolda qalmış birinə kömək etməkdən xəstə ziyarətinə, bir
yetimin başına sığal çəkməkdən bir insana təbəssüm
etməyə, ehtiyac sahibinə kömək etməkdən heyvanlara
şəfqət göstərməyə qədər bir çox gözəl davranışları
özümdə cəmləmişdir.
Yaxşılıq etmək yəhudiyilin də diqqət etdiyi vacib
əxlaqi qanunlardandır. Yəhudilərin kitabı Tövratda hər
yəhudinin imkanı daxilində yardım etməsi buyurulub.
“Əlindən gəldiyi qədər ehtiyacı olanlardan yaxşılığı
əsigəmə” (Müqəddəs kitab, Süleymanın sözləri 3/ 27) “Bir
qardaşın yoxsullaşıb möhtac olarsa, ona kömək
etməlisən.” (Levlilər 25/ 35)
Xristianlıqda yaxşılıq və yardım etmə əbədi
xoşbəxtliyin yollarında biri olaraq qəbul edilir.