Page 95 - Pure Life 04
P. 95

94)  / PURE LİFE, ikinci nəşr ili, Dördüncü buraxılış, (Camadiüs-sani 1437. İsfənd 1394. Mart. 2016)
                  Buddizmə  görə  bütün  canlılar  bir-birinə  qohum
               sayıldığı üçün hər hansı bir canlını incitmək doğru deyldir.
               Bu səbəbdən bir buddistin qan tökməsi və canlılara xətər
               yetirməməsi  çox  mühümdür.  Buddist  mətnlərinə  görə
               “bütün  varlıqlar  təhlükə  qarşısında  qorxarlar  və  həyat
               hamısı  üçün  qiymətlidir.  Bu  vəziyyəti  qəbul  edən  bir
               insan,  onları  öldürməz  və  öldürülmələrinə  də  səbəbkar
               olmaz.”
                  “Bir insan özü üçün istədiyini qardaşı üçün istəmədikcə
               həqiqi mömin olmaz” – (İslam)
                  “İnsanların sənə necə davranmağını istəyirsənsə, sən də
               onlara o cür davran” – (Xristianlıq)
                  “Sənin  üçün  xoş  olmayan  şeyləri  dostların  üçün  də
               etmə. Bu Tövratın əslidir.” (Yəhudilik)
                  “Bir  şəxs  dünyadakı  bütün  yaradılanların  ona  necə
               davranmasını istədiyi kimi davranmalıdır.” (Caynizm)
                  “Həyat  hər  kəs  üçün  əzizdir.  Digərlərini  özünlə
               müqayisə  edərək  nə  onlarla  mübahisə  et,  nə  də
               mübahisəyə səbəbkar ol.” (Budizm)
                  “Özün  üçün  istəmədiyin  şeyi  başqalarına  etmə.”
               (Konfuzim)
                  “Yaxşı  insan  digərlərinin  qazancını  öz  qazancı,
               digərlərinin itkisini də öz itkisi olaraq görər.” (Taoizm)
                  •   Öldürməmək - Bütün dinlərin qadağan etmiş olduğu
               davranışların birincisi insan canına qəsd etməməkdir. Çünki,
               insanın  sahib  olduğu  təməl  haqlardan  birincisi  yaşamaq
               haqqıdır.  Hər  hansı  bir  insanı  haqsız  yerə  və  qəsdən
               öldürmək böyük bir günahdır. Bu səbəblə cinayət törətmək
               bütün dinlərdə böyük günah sayılıb və qadağan edilmişdir.
                  İslam dininə görə hər insan yaşamaq haqqına malikdir.
               Bu səbəbdən əgər bir səbəb olmazsa, bir insanı öldürmək
               bütün  insanları  öldürməkdir.  Həmçinin,  bir  insanı  xilas
               etmək, bütün insanları xilas etmək deməkdir.
   90   91   92   93   94   95   96   97   98   99   100