Page 97 - Pure Life 04
P. 97
96) / PURE LİFE, ikinci nəşr ili, Dördüncü buraxılış, (Camadiüs-sani 1437. İsfənd 1394. Mart. 2016)
Yəhudilikdə “10 Əmr”dən biri də oğurluq etməməkdir.
Tövratda insanların mallarına göz dikmək, onları haqsız yerə
almaq günah sayılmış və bu günahı işləyənlərə qarşı sərt
cəzalar tətbiq edilmişdir. “Oğurluq etməyəcəksiniz, hiylə
işlətməyəcəksiniz. Oğru oğurladığı şeyin qarşılığını mütləq
ödəməlidir. Heç nəyi yoxdursa, oğurluq etdiyinə görə qul
olaraq satılacaqdır.” (Müqəddəs kitab. Levlilər 19/ 11)
Hinduizm və Buddizmdə də oğurluq qadağan
edilmişdir. Buddizmin 5 qanunundan biri də oğurluq
etməməkdir. Bu dinlərdə oğurluq etmək insanın mənəvi
yolunda bir maneədir. Nəfslərinə uyub başqalarının
mallarını göz dikənlər çirklənmiş insanlar hesab edilir.
• Zina etmək - İnsan nəslini təhdid edən, fərdlərin iffət
və namus dəyərlərini yox edən zina, tarix boyunca
cəmiyyətlər və dinlər tərəfindən zərərli bir davranış hesab
edilmişdir. Hüquqi, əxlaqi və bəzi siyasi sistemlər zinanın
qarşısını almaq üçün qanunlar və cəzalar müəyyən etmişlər.
İslam dini də zinanı əxlaqsızlıq və böyük günahlardan
hesab edir. Bu səbəbdən Qurani Kərimdə zinaya səbəb ola
biləcək düşüncə, söz və davranışlar qadağan edilmişdir.
Belə ki, buyurulmuşdur: “Zinaya da yaxın düşməyin.
Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!” (İsra - 32)
Yəhudilikdə də zina pis və qadağan edilmiş
davranışlardandır. “10 Əmr” dən biri olan “zina
etməyəcəksən” (Müqəddəs kitab) əmri hər yəhudinin əməl
etməsi vacib olan əsas qanunlardandır. Tövratda zinanın
hər növü qadağan edilmiş və bu işi görənlər sərt şəkildə
cəzalandırılmışlar. (Müqəddəs kitab, Levlilər 18/1, 30)
Xristianlıqda da zina böyük günahlardandır.
Xristianlıqda zina etmək haram olduğu kimi, hər hansı bir
qadına pis nəzərlə baxmaq da zina etmək sayılır. İncilə
görə birinin əxlaqsızlıq istisna olmaqla, öz yoldaşını
boşaması düzgün deyildir. (Matta İncili 5/ 37, 32)