Page 94 - Pure Life 04
P. 94
DİNİN MƏDƏNİYYƏT ÜZƏRİNDƏ TƏSİRİ /93
“Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!”
(Loğman - 31)
Xristianların müqəddəs kitabı olan İncildə böyüklərə
hörmət və ata-anaya xoş davranmaq çox mühümdür.
“Rəbb yolunda ana-atanızın sözünü dinləyin. Çünki, doğru
olan budur. Yaxşı həyat sürmək, uzun ömürlü olmaq üçün
ana, atana hörmət edəcəksən.”
Böyüklərə hörmət etmək yəhudillikdə də çox vacibdir.
Yəhudiliyin müqəddəs kitabı Tövratda buyurulur: “ Ağ
saçlı insanların qarşısında ayağa durub, yaşlılara hörmət
edəcəksən” (Müqəddəs kitab, Levlilər 19/32)
Ata anaya hörmət etmək Həzrət Musaya verilən “10
Əmr”dən biridir Tövratda bu barədə buyurulur: “Hər kəs
ata-anasına hörmət etsin.” “Tanrının buyuruğuna əsasən
ana-atana hörmət et. Ömrün uzun olsun.”
Konfuizmdə böyüklərə hörmət etmək, ana-ataya yaxşı
davranmaq müdrikliyin nişanələrindəndir. Buddizm və
Hinduizmdə də böyüklərə hörmət etmək əxlaqdan hesab
edilir.
• Başqalarına zərər verməmək - Bütün insanlar
dünyaya gəldiyi vaxtdan bir çox haqlara sahib olurlar:
yaşamaq, mülkiyyət, inanmaq, düşüncə, namus və.s.
Bütün dinlər insanların sahib olduğu təməl haqları
qorumaq üçün, onlara təcavüz edən hər cür hücumu
qadağan etmişdir. İnsanların canına, malına, namusuna
dair hər cür təhdid dindarlığa və gözəl əxlaqa ziddir.
İslam dini bütün canlılara şəfqət və mərhəmətlə
davranmağı əmr etmiş və zülmü böyük günahlardan hesab
etmişdir. İslam, yəhudilik, xristianlıq, budizm və
konfuizm kimi dinlərin hamısı insanlara və digər canlılara
zülm etməyi düzgün hesab etməmişlər.