Page 99 - Pure Life 04
P. 99
98) / PURE LİFE, ikinci nəşr ili, Dördüncü buraxılış, (Camadiüs-sani 1437. İsfənd 1394. Mart. 2016)
Xristianlıqda da yalançı şahidlik qadağan edilmişdir:
“Yalan yerə şahidlik etməyin.” (Matta İncili 19/ 18, 19)
“Düşmənlərinizi sevin, sizdən nifrət edənlərə yaxşılıq
edin, sizi lənətləyənlərə yaxşılıq diləyin. Sizi təhqir
edənləri dua edin... Sizə yaxşılıq edənlərə yaxşılıq etsəniz,
bu sizə nə tərif qazandırar? Günahkarlar da bu cür edər.”
(Luka İncili 6/27-33)
Dini dəyərlərin olmadığı bir cəmiyyət və mədəniyyət
təsəvvür etmək çətindir. Bir dəstə din və mədəniyyət
arasındakı bütün əlaqələri inkar ediblər, amma bu baxış
düzgün deyil. Əlbəttə bu məsələ aydındır ki,
mədəniyyətlərin bəzisi təkamülə yetişməkdə olan səmavi
dinlərin uca hədəflərinə qarşı olduqlarına görə, dinlə
uyğun olmaya bilirlər. Ona görə də din onları qəbul etmir.
Amma mədəniyyətlərin çoxu, dinin proqramları ilə
uyğundurlar. Ona görə də din onları təsdiqləyir. Digər
tərəfdən, çox vaxt mədəniyyətlər dinlərin gətirdiyi
qaydalar əsasında, dinlərin vasitəsilə yaranırlar.
Hər mədəniyyətin yaranmasında az ya çox, birbaşa ya
dolayısı ilə din və əxlaqın rolu vardır. Ola bilər, bəzi
mədəniyyətlərdə din faktoru daha zəif, daha fərqli ola
bilər. Amma ortaya çıxan sosial gerçək budur ki, dinlə heç
bir əlaqəsi olmayan mədəniyyətdən danışmaq çox çətindir.
Mənbələr
1. Qurani-kərim.
2. Kənzül-ümmal.
3. Qədim-əhd (Müqəddəs kitab).
4. Nəhcül-bəlağə.
5. “Tarixdəki Yüz Böyük İnsan”, Michael Hart.
6. Yeni-əhd (İncilllər).