Page 96 - Pure Life 04
P. 96
DİNİN MƏDƏNİYYƏT ÜZƏRİNDƏ TƏSİRİ /95
Bu Qurani Kərimdə bu cür söylənmişdir: “Hər kəs bir
kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa
yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir
şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər
kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün
insanları diriltmiş kimi olur.” (Maidə - 32) Digər bir ayədə
də bu cür buyurulmuşdur: “Yoxsulluqdan qorxub
(Cahiliyyət dövründə olduğu kimi) övladlarınızı (xüsusilə,
qız uşaqlarını) öldürməyin. Biz onların da, sizin də
ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük
günahdır!” (İsra – 31)
Xristianlığa görə sonsuz həyata qovuşmağın və
xoşbəxtliyin şərtlərindən biri də öldürməməkdir. Şərq
dinlərində də öldürmək böyük günahlardan hesab olunur.
Buddaya görə insanı nirvanaya çatdıran yollardan biri
də heç bir canlını öldürməməkdir. Buddizmin müqəddəs
mətnlərində bu mövzu bu cür ifadə edilir: “ Bütün insanlar
cəzalandırılarkən titrəyərlər, bütün insanlar ölümdən
qorxarlar, sən də onlara bənzədiyini xatırla və nə öldür, nə
də öldürülməsinə səbəb ol.”
• Oğurluq etməmək - Dinlərin ortaq əxlaqi
qanunlarından biri də oğurluq etməməkdir. İslam dini
oğurluq etməyi böyük günahlardan hesab etmişdir. Çünki,
oğurluq həm insanların zəhmətinə qarşı bir hörmətsizlik,
həm də haqqa riayət etməməkdir. Qurani Kərimdə
insanların mallarına haqsız yerə əl uzatmaq bu cür qadağan
edilmişdir: “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən
alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız
bəhanələrlə (haqsız yerə) yeməyin.” (Nisa - 29)
Oğurluq xristianlıqda da qadağan edilmişdir. İncilə görə
oğurluq doğru bir davranış deyildir və qadağan edilmişdir.