Page 93 - Pure Life 04
P. 93

92)  / PURE LİFE, ikinci nəşr ili, Dördüncü buraxılış, (Camadiüs-sani 1437. İsfənd 1394. Mart. 2016)
                  Ancaq  edilən  yaxşılıqların  gizli  olması  tövsiyə  edilir.
               İncildə  bu  haqda  buyurulur:  “  Birinə  sədəqə  verdiyiniz
               zaman  şeypur  çalaraq  elan  etməyin.  Siz  sədəqə  verərkən
               sol  əliniz  sağ  əlinizin  nə  etdiyini  bilməsin.  Verdiyiniz
               sədəqələr  gizli  qalsın.  Gizli  edilənləri  görən  atanız  sizə
               mükafatlandıracaqdır.” (Matta İncili 6/2,4)
                  Buddizm və Hunduizm kimi Şərq dinlərində də yaxşılıq
               etmək  əmr  edilmiş  və  səadətə  çatmağın  yolu  kimi  qəbul
               edilmişdir.
                  Məsələn  Buddizmə  görə,  bütün  canlılara  fərq
               qoymadan sevgi və xoş niyyətlə yaxınlaşmaq, hər canlıya
               mərhəmət  etmək  və  başqalarının  uğurlarına  sevinmək
               insanı səadətə çatdıran yollardır. Buna görə də bir buddist
               bütün canlılarla, məxsusən insanlarla yaxşı davranmalıdır.
                  Konfuizmdə  başqalarının  çətinliklərini  bölüşmək,
               onlara şəfqət göstərmək təməl əxlaqi qanunlardandır.
                  •   Böyüklərə  hörmət  -  Böyüklərə  yaş  və  həyat
               təcrübələrindən  dolayı  hörmət  edilməlidir.  Qocalıq  hər
               insanın bir gün yaşlanıb sevgiyə, şəfqətə ehtiyaclı olduğu
               bir  dönəmdir.  Buna  görə  bütün  dinlər böyüklərə  hörməti
               əmr etmişlər.
                  İslam  dininə  görə  böyüklərə  hörmət  etmək  əxlaqi
               keyfiyyətlərdən sayılır. “Rəbbin yalnız Ona ibadət etməyi
               və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl
               davranmağı)  buyurmuşdur.  Əgər  onların  biri  və  ya  hər
               ikisi sənin yanında (yaşayıb) qocalığın  ən düşkün çağına
               yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz
               söyləmə. Onlarla xoş danış!” (İsra - 23) “Biz insana ata-
               anasına  (yaxşılıq  etməyi,  valideyninə  yaxşı  baxmağı,
               onlarla  gözəl  davranmağı)  tövsiyə  etdik.  Anası  onu
               (bətnində)  çox  zəif  bir  halda  daşımışdı.  (Uşağın  süddən)
               kəsilməsi isə  iki il  ərzində olur. (Biz  insana buyurduq: )
   88   89   90   91   92   93   94   95   96   97   98