Page 91 - Pure Life 04
P. 91

90)  / PURE LİFE, ikinci nəşr ili, Dördüncü buraxılış, (Camadiüs-sani 1437. İsfənd 1394. Mart. 2016)
                  Xristianlıqda  zahiri  təmizlikdən  daha  çox  mənəvi
               təmizliyə üstünlük verilmişdir. Necə ki, İncildə daha çox
               zahiri  təmizliyə  üstünlük  verənlərə  bu  cür  bənzətmə
               verilmişdir: “Siz zahirdən gözəl görünən, amma içi cəsəd
               sümükləri  və  hər  cür  pisliklə  dolu  olan  bəzədilmiş
               məzarlara bənzəyirsiniz.
                  Zahirdən  insanlara  gözəl  görünürsüz,  amma  daxildə
               ikiüzlü  və  pisliklərlə dolusunuz.”  (Matta  İncili  23/27,28)
               Xristianlıqda  pis  söz  və  davranışlar  insani  maddi
               şeylərdən  daha  çox  çirkləndirir.  Bu  haqda  İncildə:  “İsa
               xalqını yanına çağırıb onlara: “Dinləyin və bunu bilin ki,
               ağızdan girən şey insanı çirkləndirmək. İnsanı çirkləndirən
               ağızdan çıxandır.” (Matta İncili 15/10,11)
                  Yəhudilikdə  isə  həm  zahiri,  həm  mənəvi  təmizliyə
               önəm  verilsə  də,  daha  çox  zahiri  təmizlik  vurğulanır.
               Tövratda  buyurulur:  “Yuyunub            təmizlənin,  pislik
               etdiyinizi  gözüm  görməsin.  Pislik  etməkdən  çəkinin.
               Yaxşılıq  etməyi  öyrənin.”  (Müqəddəs  kitab,  Yeşeya,
               1/16,17) Yəhudilikdə ibadət üçün təmizlik vacibdir. İbadət
               edən insanlar əl və ayaqlarını yuyarkən, ibadətə rəhbərlik
               edən  şəxslər  isə  bədənlərini  tamamilə  təmizləməklə
               vəzifələndirilmişlər.
                  Buddizm  və  Hinduizmdə  zahiri  təmizlikdən  daha  çox
               mənəvi  təmizliyə  üstünlük  verilmişdir.  Hinduizmdə
               insanın  qəlbinin  hər  cür  pisliklərdən  təmizlənməsi  əmr
               edilir. Bir hindu günəş doğmadan öncə oyanar, tanrını zikr
               edər və yuyunar. Beləliklə sabah ibadətindən əvvəl su ilə
               təmizlənmiş olar.
                  İnsanlar  üçün  maddi  təmizliklə  bərabər  mənəvi
               təmizlikdə     mühümdür.  Qəlbini,  ruhunu  hər  cür
               pisliklərdən  təmizləmiş  insan,  həm  də  zahiri  təmizliyinə
               də fikir verməlidir. Buna görə də bütün dinlər insanı həm
               batini, həm zahiri təmizliyə səsləmişdir.
   86   87   88   89   90   91   92   93   94   95   96