Page 85 - Pure Life 04
P. 85
84) / PURE LİFE, ikinci nəşr ili, Dördüncü buraxılış, (Camadiüs-sani 1437. İsfənd 1394. Mart. 2016)
Hər şeydən öncə, İslam mədəniyyəti maddə ilə məna,
ruh ilə bədən, dünya ilə axirət, vəhy və ağılla ayrılmaz bir
bütünlük təşkil edir. Bunlarla bərabər, İslam
mədəniyyətində fərqli irq, rəng, dil, mədəniyyət, coğrafiya
və.s faktorları ayırıcı ünsürlər hesab edilmir.
Çünki, İslam dini insanı fərqli dində olsa belə, onunla
insan kimi rəftar etməyi, hörmət etməyi tapşırmışdır. Əli
ibn Əbu Talibin Malik Əştərə göndərdiyi məktubda bu
məsələyə işarə edilmişdir: “Sənin üçün ən yaxşı xəzinə
xeyir əməllərin xəzinəsi olmalıdır. Bəs öz nəfsinə qalib
gəl. Nəfsinə rəva görmədiyin məsələdə xəsislik et ki,
nəfsin istədiyi şeylərdə xəsislik etmək insafdandır.
Rəiyyət ilə mehribanlıq etməyi, onları sevməyi və
lütfkarlığı özünə şüar qərar ver. Yırtıcı bir heyvan kimi
olma ki, onları ovlamağı özünə qənimət biləsən.
Çünki, onlar iki qrupdurlar. Ya səninlə eyni dindən
olanlardırlar. Ya da, yaradılışda səninlə eynidirlər. Onlar
səhvə yol verəcəklər, bilərəkdən və ya bilmədən yanlışlığa
düçar olacaqlar. Onları öz mərhəmətin və
mehribanlığından nəsibsiz etmə. Necə ki, Allah Təalanın
sənə qarşı mehriban və bağışlayan olmasını istəyirsən.”
İslam mədəniyyətində insan başda olmaqla, canlı və
cansız hər varlıq yaradılış statusuna uyğun olaraq öz həyatını
davam etdirmək hüququna malikdir. Həmçinin fərdin ailə
həyatı, qonşularla münasibəti, elm və təhsil, iqtisadiyyat,
sosial, mədəni, incəsənət və.s sahələrdə İslamın tövsiyə
etdiyi hüquqi və əxlaqi qanunlar mövcuddur.
"Tarixdəki Yüz Böyük İnsan" adlı kitabıyla bütün
dünyada əks-sədaya səbəb olan Amerikalı elm adamı
professor Michael Hart'a kitabın ilk nəşr olunduğu
tarixdən on il sonra, Qahirədə çağırıldığı bir mükafat
mərasimində, Əl-Əhram qəzeti müxbirinin; "Kitabınızın
nəşrindən 10 il keçdi demək olar.