Page 8 - Islamic Studies 07
P. 8

Baş redaktordan


               Maarifçi,  hər  hansısa  elmi  və  yaxud  mənalı  fikri  başqalarına
               çatdıran və düşündürən şəxsdir. Başqa sözlə desək, xalqa düzgün
               ideologiya  və  faydalı  olan  həyat  tərzini  öyrədən,  həqiqəti  və
               gözəlliyi sevdirən insandır, maarifçi!
               Görəsən  hər  kəs  maarifçi  ola  bilərmi?  Yaxud  hər  şəxs  öz
               bildiklərini başqaları ilə bölüşmək bacarığına malikdirmi? Əslində,
               cavab  müsbətdir.  Hətta  ilkin  yaranışdan  bəri,  nəinki  təkcə  insan
               övladında, ümumiyyətlə, instinktlə hərəkət edən digər canlılarda
               da, təhlükə və fayda zamanı bir-birlərini münasib səmtə yönəltmə
               üslubu  var.  Belə  ki,  təbiətdə  hansısa  bir  canlı  təhlükə  hiss
               etdiyində, başqa canlıları həmin təhlükənin varlığından xəbərdar
               etdiyinin şahidi oluruq. Yaxud bir mənfəət əldə etdiyi zaman öz
               həmnövlərini  birgə  faydalanmağa  səslədiyini  görmək  olur.  Bu,
               təbiətdəki  canlıların  instinktinə  xas  olan  xüsusiyyətdir.  İnsan  da
               canlıların ən şərəflisi olduğu üçün, həqiqətləri ən gözəl şəkildə öz
               aralarında  paylaşmağa  görəvlənmişdir.  Bu  görəv  həm  onun
               fitrətində qoyulmuş, həm də İlahi dinlər tərəfindən hər bir insan öz
               elmi qədər bu mənəvi işə əməl etməyə dəvət olunmuşdur.
               Ümid edirəm ki, qarşınızdakı bu jurnal siz əziz oxuculara dəyərli
               yazar  maarifçilərimiz  tərəfindən  gözəl  ərməğan  olsun.  Gözəl
               mütaliələr diləyirəm.

               Dr. Tofiq Əsədov
   3   4   5   6   7   8   9   10   11   12   13