Page 11 - Islamic Studies 07
P. 11
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 10
Giriş
Şiə alimləri arasında Rəcət barəsində inanca birinci əsrdən rast
gəlmək olur. Həmçinin İmam Zeynal Abidindən (ə) olan hədislərin
mətninə diqqət yetirsək bir daha sözümüzə qüvvət vermiş olaqrıq.
İkinci və üçüncü əsrlərdə isə birinci əsrdən fərqli olaraq rəcət
mövzusu o qədər genişlənmişdi ki, hətta şiənin dilinin şüarına
çerilmişdi. Yəni rəcət barəsində olan hədislərə bu dövrlərdə daha
çox rast gəlinir. Təbii ki, o dövrün müxalifləri bu məsələdən
xəbərdar idilər. Yəni artıq bunu gizlətmək mümkün deyildi. Hətta
qarşı tərəfdə olan hədis alimləri hansısa ravinin rəcət barəsində hədis
söylədiyini görüb daha ona istinad etmirdi.1 İmam Rzanın(ə) yaxın
səhabələrindən olan Fəzl ibn Şazan rəcət barəsində iki cild kitab
yazmışdır.2
Siqətul İslam Kuleyni üçüncü əsrdə rəcət barəsində nəql olunan
hədisləri Üsuli-Kafi kitabında xüsusi bölümdə gətirmişdir.3 Şeyx
Səduq rəcət barəsində dördüncü əsrə aid olan hədisləri nəql etməklə
yanaşı onlara etiqad bəsləməyi də haqq bilmişdir.4 O cümlədən
Qurani-Kərimin müxtəlif ayələrinə və sünnü alimlərin İsa Məsihin
qayıdandan sonra İmam Mehdinin(əccəlallahu fərəcəhum)
arxasında namaz qılmağı barəsində olan hədislərə istinad etmişdir.5
Şeyx Müfid dördüncü əsrin sonlarında axərəz-zəmanda baş
verəcək rəcət etiqadını şiələr arasında birmənalı olaraq qəbul
olunduğunu vurğulamış və bu nəzərlə müxalif olanların suallarını
1 O dövrün alim və raviləri rəcət barəsində yazdıqları çox sayda kitabların adları və
ünvanları bu günümüzə qədər gəlib catmışdır. O cümlədən; Həsən ib Əli ibn
Həmzə(Ricali-Nəccaşi: c 1 səh. 132 n 72), Əbdul Əziz ibn Yəhya ibn Əhməd ibn İsa
Cəludi Əzdi Bəsri(Ricali- Nəccaşi: c 2 səh. 54 n 638), Əbu Yəhya Corcani (Ricali-
Nəccaşi:c 2 səh. 436 n 1232), əhməd ibn Davud ibn Səid əbu Yəhya Corcani(Əl-Fehrest,
Tusi: səh. 80 n 100), Məsir ibn Əbduləziz (Xulasətul-uqul: səh. 176 n 5)
2 İsbatul Rəcət və əl-Rəcət kitabları. Nəccaşı Kəncidən nəql edir: “mən onları digər
gitablarla birgə görmüşəm”. Ricali- Nəccaşi: c 2 səh. 168 n 838. Həmçinin Şeyx Tusi
onun böyük şəxsiyyət olduğundan söz açaraq onun “İsbatul Rəcət və əl-Rəcət”
kitablarının adını çəkir. Bax: Əl-Fehrest, Tusi: səh. 197 n 563
3 Bax6 Əl-Kafi: c 1 səh. 196-197, 283, 435, c 3 səh. 131 və 536, c 8 səh. 50-51, 206,
247, 337 və...
4 Bax: Üyunül-əxbaril-Rza(ə): c 2 səh. 201, Əl-xisal6 səh. 108, məanul- əxbar: səh.365
5 Bax: Əl-etiqadat: səh. 60-63