Page 14 - Islamic Studies 07
P. 14

Rəcət haqqında qısa araşdırma / 13

               beşikdə  olanda  da,  yetkin  çağında  da  adamlarla  danışırdın.  Sənə
               kitabı (yazıb-oxumağı), hikməti, Tövratı və İncili öyrətmişdim. O
               zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib
               ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə
               anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə
               ölüləri (qəbirdən çıxardıb) dirildirdin.1
                    4)  Bəni-İsraildən  tətlə  yetirilmiş  şəxsin  dirilib  qatilinin  adını
               deməsi:
                    Belə olduqda Biz: “(Kəsilmiş inəyin) bir parçasını ona (qatili
               bilinməyən  ölüyə)  vurun!”  –  dedik.  (Onlar  da  vurdular  və  ölü
               dirildi).  Allah  (bütün)  ölüləri  bu  qaydada  dirildər  və  sizə  Öz
               möcüzələrini göstərər ki, ağla gəlib (bunu) dərk edəsiniz.
                    Onlar Allahın göstərişi əsasında inəyi kəsdikdən sonra ətindən
               ölmüş şəxsə vururlar. O da dirilərək öz qatilini onlara tanıtdırır.2
                    5) Bəni-İsrail Allahı görmək üçün Həzrət Musaya(əleyhissəlam)
               çox təkid edir. Nəhayət göydən gələn ildırım onları vuraraq öldürür.
               Daha sonra isə Allah-taala Onun nemətlərinə daha çox şükr etsinlər
               deyə onları yenidən həyata qaytarır:
                     Bəlkə, şükür edəsiniz deyə, biz sizi ölümünüzdən sonra yenidən
               diriltdik.3
                    Bu  ayələrə rəğmən  rəcətin  baş  verməsini  daha asan  dəlillərlə
               sübut  etmək  mümkündür.  Yani  ayələrə  əsasən  rəcətin  baş
               verməsinin  mümkün  olmasını  daha  da  aydınlaşdırır.  Hətta
               müxaliflər ayələrin açıq-aşkar rəcəti sübut etməsini gördükdə ayələri
               təvil etməyə başlamışlar.4
                    6) Əshabi-kəhfi də ölməmələrinə baxmayaraq (uzun müddətli
               yuxudadırlar) hazırkı mövzumuza dəlil olaraq gətirə bilərik.





               1  Bax: Maidə surəsi: 110
               2  Bu mövzuda sünnü və şiə təfsirçilərinin arasında nəzər fərqi vardır(Obnların nəzərinə
               əsasən o şəxs dirilməmiş qatilinin adını söyləyir).
               3  Bax: Bəqərə surəsi: 56
               4  Alusi(sünnü təfsirçi) ayələrdə açıq-aşkar istifadə olunmuş bəzi sözlərin digər mənada
               işləndiyini demişdir. O cümlədən rəcət ayələrindəki “ölüm” sözünü “gizlənmək”,
               “dirilmək” sözünü “oyanmaq”, “cəhl və nadanlıq” sözünü “ölüm”, “dirilmək” sözünü
               isə “elm” mənaları kimi işlətmiş və əvəz etmişdir(bax: Ruhul məani c, 1 səh. 264).
   9   10   11   12   13   14   15   16   17   18   19