Page 17 - Islamic Studies 07
P. 17
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 16
1. Salehlərin mükafatlanması və kafirlərin cəzalanması
Dünya ədalət 1 üzərində qurulduğu üçün hamının gözləntisi
budur ki, dünyada gücsüzlərə zülm edən, onları aldadan, nəfslərinə
xatir min bir əzaba düçar edən zalımlar elə məhz bu dünyada da öz
cəzalarına yetişsinlər. Bu demək olar ki, hamının istəyi və zehnindən
keçirdiyi sualdır. Amma bunu da qeyd edək ki, dünyada zalımlıara
əzab vermək dünya imkanlarına əsasən mümkün olmadığı üçün əsas
cəza axirət evində olacaqdır.2 Bu bir növ məntiqin لا هلک کردی لا ام
هتتلتک ک ترتی-hamısına çata bilməyəcəyin təqdirdə, hamısını da tərk
etmə- prinsipinə aiddir. Yani zalımlara, kafirlərə və müşrüklərə qarşı
bütün cəzaları burada tətbiq etmək imkanı olmasa da qismən
cəzalandırmaq mümkündür.
2. Müntəzirlərin hazırlıqlığı və iradə möhkəmliyi
Rəcətin digər faydalarından biri də möminlərdə ümüd çırağının
yandırılması və özlərini zühura hazırlamalarıdır. əgər bütün
möminlərin zühur zamanı xalis möminlərin qayıdacağına ümüdləri
möhkəm olsa, bütün insanları xalis olmağa dəvət etməklə yanaşı
özləri də xalisliyə doğru addımlayacaqdır. Həmçinin bu hiss onlarda
yaşamaq ümüdünü də çoxaldacdır. Çünki heç bir zəhmətin hədər
olmayacağına artıq tam inanmışdırlar.
3. Yaxşılar üçün növbəti əməl fürsəti yaratmaq
Allahın övliyaları və peyğəmbərləri öz həyat yollarında kamala
çatmaq üçün haqq tərəfindən kömək olunmamış və digər tərəfdən
isə insanlar onları tək qoyduqları üçün öz vücudlarında olan
müvəffəqiyyətlərini tam qüvvələri ilə göstərə bilməmişlər. Amma
rəcət zamanında yenidən həyata qayıtmaqla bu imkanı əldə edərək
öz qabiliyyətlərinə təkan verib layiq olduqları kamala çatacaqlar.
Həmçinin bu imkandan digər dünyadan köçən insanlar da istifadə
1 Peyğəmbərimiz buyurub: yer və göy ədalət üzərində qurulmuşdur.(əvalil ali: c 4 səh.
103 və Təfsiril Safi: c 5 səh. 107)
2 Mütərcimdən: bir nəfər yüzlərlə, minlərlə. Milyonlarla insan öldürüb və ya bir nəslin
həyatını tamami ilə dünyada yaşayarkən məhv etmişdir. Afrikada yaşayan milyonlarla
fəqir insanların haqqını bir nəfərdən bu dünyada necə almaq mümkündür? Dünyada
əgər bunların əvəzində Ona cəza olaraq ölüm işi kəssələr, O yalnız bir dəfə öləcəkdir.
Bəs digərlərinin haqqı necə olsun?