Page 19 - Islamic Studies 07
P. 19

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 18

                    Nəticə
                    Rəcətin  baş  vermə  tarixi  birbaşa  İmam  Mehdinin(əccəlallahu
               fərəcəhum)  zühuru  ilə  əlaqəlidir.  Şiə  alimləri  arasında  bu  mövzu
               barəsində  heç  bir  ixtilaflı  fikir  yoxdur.  Xüsusən  rəcət  barəsində
               nəzəriyyələri olan alimlərin hamısı rəcətin baş verməsini zühur ilə
               əlaqəli olduğunu yekdilliklə qəbul edirlər. Əvvəldə Şeyx Səduqun
               İhticac  kitabında  İsa  peyğəmbərin(əleyhissəlam)  qayıdaraq  İmam
               Mehdiyə(əccəlallahu  fərcəhum)  namazda  iqtida  etməsini  sünnü
               mənbələrinə əsasən yazmışdıq.1
                    Şeyx  Müfid  İmam  Mehdinin  zühuru  zamanında  rəcətin  baş
               verməsini  şiə  alimləri  arasında  icma  şəklində  qəbul  olunduğunu
               dəlillər əsasında sübut etmiş və bu fikrlə müxalif olanların bütün
               iradlarına  cavab  yazmışdır.  Seyyid  Mürtəza  da  həmçinin  rəcəti
               İmamın zühuru zamanı baş verəcəyini deyir və bu nəzəriyyəni bütün
               şiə alimlərinə də aid edir. Yəni onun nəzərinə əsasən şiə  alimləri
               arasında  bu  mövzuda  heç  bir  firik  ayrılığı  yoxdur.  Burada  daha
               maraqlısı  budur  ki,  Seyid  Mürtəza  bu  sözü  sual-cavab  əsnasında
               qeyd etmişdir. Amma onun özünün rəcət barəsində olan təfsiri digər
               şiə alimlərinin nəzəriyyələrindən tam fərqlidir. Onun fikrinə əsasən
               rəcət İmamların qayıdışı deyil, əksinə onların quracağı hakimiyyətin
               və dövlətin qayıdışıdır. Amma buna baxmayaraq bu qayıdışın baş
               verəcəyi  yenə  də  zühurun  və  İmamın  hakimiyyəti  dördündə
               olacağını  qeyd  edir. 2  Şeyx  Təbərisi  də  həmçinin  rəcətin  baş
               verməsini bir başa İmam Zamanın(əccəlallahu  fərəcəhum) zühuru
               ilə əlaqəli olduğunu qeyd edir.
                                               3














               1  Bax: Əl-etiqadat: səh. 62
               2  Əlbəttə Seydi Mürtəzanın irəli sürdüyü fikrin əsas müəllifi məlum deyil. Daha geniş
               məlumat üçün bax: Rəsailul şəriful Mürtəza: 1 səh. 125
               3  Bax: Məcmuəl bəyan: c 7 səh. 367 və cəvamiul came: c 3 səh. 203
   14   15   16   17   18   19   20   21   22   23   24