Page 23 - Islamic Studies 07
P. 23
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 22
Giriş
Tarix Tanrıya şərik qoşulmasının çox qədim zamanlara
qayıtdığını və bəşəriətin daim Tanrıya şərik qoşmaq çirkabına
bulandığını göstərir. Hal-hazırda da dünya əhalisinin təxminən
yarısı Hinduizm, Caynizm, Buddizm, Sintoizm və qeyri dinlərdə
bütlərə sitayiş edilir. 1 Sosioloqlar Tanrıya şərik qoşan dinlərin
tarixinin təkallahlı dinlərindən daha keçmişə qayıtdığını bildirirlər.
Amma təkallahlılığa sitayiş edən müxtəlif dinlərin davamçıları bu
fərziyyələrə tam zidd mövqedən çıxış edir, Tanrıya şərik qoşmaq
idelogiyasının və bu ideologiyadan yaranan dinlərin təkallahlı
dinlərindən mənşə aldığını bildirirlər.
Bəzi dinlərə görə tanrılar tarixin müxtəlif dönəmlərində özlərini
insanlara göstəriblər və bütlər də onların bir nümunəsidir.
Ümumuiyyətlə, ölümdən qorxu ibtidai icma quruluşunda
yaşayan insanların müxtəlif xürafat düşüncələr yaratması ilə
nəticələndi. Həmin xalqlar ölülərlə dirilər arasındakı əlaqələr
sahəsində xüsusi əqidəyə malik idilər. Qədim zamanlarda yaşayan
xalqların böyük əksəriyyəti əcdadlarının geri qayıtmasından
qorxurdular və elə buna görə də, ölüləri kəndirlə bağlayır, qəbirləri
möhkəmləndirirdilər ki, bu yolla onların geri qayıtmasına əngəl
törətsinlər. Ölülərdən olan qorxu sonralar ölülərə qarşı hörmət və
ehtirama çevrildi və sonda əcdadlara pərəstiş ideologiyasının
yaranması ilə başa çatdı. Bu növ sitayiş forması tarix boyu dünyanın
bir çox yerlərində mövcud olmuşdur və hal-hazırda da Yaponiyada
onun nümunələrinə rast gəlmək mümkündür. Onların nəzərincə
bütlər əcdadlarının heykəllərində yerləşmişlər.
İbtidai dinlərdə inanclar və ayinlər
Totemlər və tabular
İbtidai dinlərdə hər bir qəbilənin totemi həmin qəbiləni qoruyan
nişan və yaxud əlamət mənasını daşıyırdı. Bu əlamət heyvan, bitki
və daş ola bilər. Bir çox xalqların arasında böyük hörmət və
1 Qeyd etmək lzaımdır ki, “Büt” sözü fars dilinə Ərəb dilindən (“Bud” sözündən)
gəlmişdir və həmin “Bud” sözü “Budda” sözündən götürülmüşdür. Bir məsələni də
diqqətinizə çatdırmalıyıq ki, ərəb dilində Buddaya “Buzza” deyilir.