Page 25 - Islamic Studies 07
P. 25

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 24

               düşəcəyini təsəvvür edirlər. Bu əqidənin qalıqları bir çox dinlərdə,
               xüsusən  hindu  dinində  günümüzə  qədər  gəlib  çatmışdır.  Bütlərin
               bəziləri təbiətin gücünün nümunəsidir.

                     Fetişizm və Cadu
                    “Fetish”  portuqal  dilindən  alınma  sözdür  və  cadu  mənasını
               daşıyır. Fetişizmə etiqad, yəni daxilində cadu qüvvəsi olan maddi
               şeylərə  ehtiram ibtidai insanlar arasında müşahidə olunur. Bu şeylər
               çox vaxt daşlardan, mədənlərdən əldə edilmiş maddələrdən olur və
               həmin  qövmlərin  əqidəsinə  görə  qeyd  olunmuş  əşyaların  daim
               insanın yanında olması ona xoşbəxtlik gətirir.
                    Ümumiyyətlə, ibtidai dinlərdə bəzi əşyaların xüsusi gücə malik
               olması inancı  mövcud idi və bu səbəbdən  də həmin  əşyaya qarşı
               xüsusi  ehtiram  olurdu.  Hər  hansı  bir  daşın,  çubuğun,  ağacın  və
               yaxud heyvanın xüsusi gücə malik olması qəbul edilirdi və ondan
               təbərrük kimi istifadə olunurdu. İnsanlar ona tapınırdılar. Bu əşyalar
               Mana  adlandırılırdı.  Belə  təsəvvürlərin  və  əqidələrin  qalıqlarına
               inkişaf etmiş dinlərdə də rast gəlmək olar. Mana sözü də Polineziya
               adalarında yaşayan qədim xalqların dillərindən götürülmüşdür.

                    Xatırladaq  ki,  ibtidai  dinlərdə  mövcud  olan  cadu  anlamı  ilə
               bizim təsəvvür etdiyimiz cadu anlamı arasında fərq çoxdur. Həmin
               dinlərdə  cadu  təbii  qüvvələrdən  kömək  və  yardım  üçün  həyata
               keçirilən  xüsusi  mərasim  mənasını  daşıyırdı.  Belə  mərasimlərin
               həyata  keçirilməsində  cadugərlər  fəaliyyət  göstərir  və  mərasimin
               keçirilməsini  öz  üzərinə  götürürdülər.  İbtidai  icmalarda  elm  və
               savad  məsələsinin  məna  kəsb  etmədiyindən  bu  şəxslərin  də
               digərlərindən heç bir fərqi yox idi və yalnız hamının bu şəxslərdə
               olan  qeyri-adi  qüvvəyə  inanması  onları  digər  insanlardan
               fərqləndirirdi.
                    Cadugərlər xəstələri müalicə etmək üçün də öz qüvvələrindən
               istifadə edirdilər. Belə cadugərləri çox vaxt şaman adlandırırlar.
                    Cadugərlər  çətin və dözülməz şəraitdə yaşamaqla özlərinə əzab
               verirdilər, çox vaxt bədənlərində xüsusi nişanələr əmələ gətirirdilər
               və bəzən də, özlərini axtalayırdılar.
   20   21   22   23   24   25   26   27   28   29   30