Page 26 - Islamic Studies 07
P. 26

Qədim dinlər haqqında araşdırma / 25

                    Qurban kəsmək.
                    Dünyanın  hər  bir  yerində  yaşayan  xalqlar  arasında  Tanrı  və
               yaxud  tanrıların  qəzəbini  söndürmək  üçün  “Qurban  etmək”
               mərasimi  mövcuddur.  Həmin  qurbanlar  meyvə-tərəvəz,    məhsul
               hədiyyə etməkdən, heyvanların, uşaqların və böyüklərin başlarının
               kəsilməsindən,  uşaqların  oda  atılmasından  və  buna  bənzər  digər
               işlərdən  ibarətdir.  Onlar  çox  vaxtlar  öz  ölkələrinin  əhalisinin
               azalmamasına  görə  digər  ölkələrə  hücum  edirdilər.  Bəzi  xalqlar
               arasında bütlərə hörmət əlaməti olaraq öz namus və iffətini qurban
               vermək  (Hierodouleia)  kimi  məsələlər  də  mövcud  idi.  Hətta  hal-
               hazırda  da  Hindistan  qadınları  Vişni  məbədində  saçlarını  tam
               kəsdirməklə öz gözəlliklərini həmin bütə qurban verirlər.
                    Torpağa  şərab  tökmək  (Libation)  həmişə  şərab  içənlərin
               adətlərindən biri olmuşdur və Tövratda da (Xüruc, 29:41 və....) bu
               məsələyə işarə edilmişdir.
                    Sonralar  insanların  qurban  edilməsi  adəti  aradan  qalxdı  və
               yalnız heyvanların qurban kimi kəsilməsi adəti qaldı. Amma yaxın
               zamanlara  qədər  bəzi  yerlərdə  insanların  qurban  verilməsi  adəti
               yaşayırdı. Artıq heç bir ölkənin qanunları belə vəhşiliklərin həyata
               keçirilməsinə icazə vermir. Bəzən kütləvi informasiya vasitələrində
               Hindistanın  bəzi  kəndlərində  və  digər  yerlərdə  bir  bütpərəstin
               polisin gözündən yayınaraq öz övladını büt üçün qurban kəsməsi,
               yaxud kəsmək istərkən başqalarının bu işə əngəl törətməsi barədə
               xəbərlər  yayımlanır.  Qeyd  etmək  lazımdır  ki,  hal-hazırda  belə
               cinayət törədən şəxslər ağır cəzalandırılırlar.
                    Ola  bilsin  Allah-taala  İbrahim  Xəlilullaha  (ə)  Onun  yolunda
               övladını qurban verməyi əmr etməklə tövhid əhlinin öz məbudunu
               az sevmədiyini göstərmək istəyib.
                    Dinlər  haqqında  elm  nöqteyi-nəzərindən  övladların  qurban
               verilməsini  iki  şey  əvəz  etmişdir:  Birincisi  uşaqların  sünnət
               edilməsi, ikincisi isə heyvanların qurban kəsilməsi. İbrahimdən (ə)
               başlayan dinlərdə  bu iki adət birbaşa  Həzrət İbrahimə (ə) aid edilir.
   21   22   23   24   25   26   27   28   29   30   31