Page 27 - Islamic Studies 07
P. 27

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 26

                  Qədim dinlərdən nümunələr
                      1.  Misir
                    Misir  dünyanın  ən  məşhur  qədim  ölkələrindən  biridir.  Bu
               torpaqlarda  böyük  sivilizasiya  və  qüdrətli  hökumətlər  mövcud
               olmuşdur. Misirlilərin soyu Qibtilər  idi və Avropalıların Misir üçün
               istifadə etdikləri “Egypt” sözü Qibt sözü ilə əlaqəlidir.
                    Misirlilər  ibtidai  dinlərin  müxtəlif  mərhələlərindən  keçib,
               müxtəlif vəhşi və ev heyvanları sifətində olan yerli tanrılara sitayiş
               ediblər. Fironlara və əfsanəvi tanrılara sitayiş də misirlilər arasında
               mövcud olmuşdur.

                      1-1.  Misirdə  dinin  və  onun  müxtəlif  formalarının
               yaranması.
                    Qədim  Misirdə  qeybdən  olan  mövcudlara  güclü  şəkildə
               inanırdılar  və müxtəlif  adlı,  müxtəlif  sifətli  tanrılara  malik  idilər.
               Tanrıların  sayının  çox  olması    müxtəlif  problemlər  yaradanda
               onların sayını azaltmağa başladılar və qısa bir dönəm ərzində yalnız
               günəş Tanrısına sitayiş etməyə başladılar. O zamanlar şir, timsah
               kimi bəzi vəhşi heyvanların, müxtəlif quşların, gəmiricilərin və qoç
               kimi  bəzi  ev  heyvanlarının  müqəddəsliyinə  inam  dalğası  baş
               qaldırdı.  Pişiyə  pərəstiş  də  misirlilər  arasında  geniş  yayılmışdı.
               İranlılar  Əhəmənilər  sülaləsinin  hakimiyyəti  illərində  misirlilərlə
               keçirdikləri  döyüşlərin  birində  qalxanlarının  üzərinə  pişik  təsviri
               həkk etmişdilər. Elə bu səbəbdən də misirlilər  pişik təsvirinə hörmət
               əlaməti olaraq həmin qalxanlara ox atmağdan və qılınc vurmaqdan
               çəkindilər və sonda iranlılar misirlilərlə döyüşdə qələbə qazandılar.
                    Sonralar  onların  əqidələrinə  heyvan  başlı  və  insan  bədənli
               fantastik  varlıqlar  daxil  oldu.  Misirlilər  belə  varlıqlara  heykəllər
               düzəldərək onlara sitayiş etməyə başladılar. Nil çayında səfər öncəsi
               adamyeyən    timsahların  hücumlarından  qorunmaq  üçün  əzəmətli
               timsah  məbədinə  gedər,  sədəqə  və  nəzir  verməklə  öz  canlarının
               bahasını ödədiklərini düşünərdilər.

                      2.  Üç Tanrı əfsanəsi: Osiris, İsis və Horus
                    Qədim  misirlilər  belə  deyirdilər  ki,  Osiris  (əkinçilk  tanrısı)
               bacısı İsis (ana ilahə) ilə ailə qurur və onlarına Horus (günəş tanrısı)
   22   23   24   25   26   27   28   29   30   31   32