Page 30 - Islamic Studies 07
P. 30

Qədim dinlər haqqında araşdırma / 29

               üçlüyə Şemş (günəş tanrısı), Sin (ay tanrısı) və İştar (qadın tanrı)
               daxil idi.
                    Bu tanrıların hamısının həyat yoldaşı var idi və məhsuldar lıq
               İlahəsi  olan  qadın  tanrı  İştara  olduqca  böyük  əhəmiyyət  verilir.
               İştarın həyat yoldaşı, yəni əri Təmmuz idi.
                    Babilistan  mədəniyyətinin  ən  güclü  vaxtlarında  Mərdux  adlı
               əzəmətli tanrının adı hallanmağa başlayır və hər yerdə onun təsvirini
               həkk  etməyə  başlayırlar.  Bütün  başqa  tanrıların  Mərduxun  əlinin
               altında olması təsəvvür edilirdi.
                    Babilistan  şimal  qonşusu  Assuriya  tərəfindən  məğlubiyyətə
               uğrayandan sonra Mərdux öz yerini Assuriyalıların tanrısı Assura
               verdi və bundan sonra artıq hər yerdə onun təsviri həkk olunmağa
               başladı. Babilistanlılar Assuriyalılara yenidən qalib gəldikdən sonra
               isə  Mərdux  yenidən  öncə  malik  olduğu  yerə  və  hörmətə  qayıtdı.
               Sonda  Babilistanın  Kir  tərəfindən  işğalından  sonra  Ahura  Mazda
               Mərduxun yerini tutdu.

                      5.  Yunanıstan
                    Yunanıstan  Avropanın  cənub  şərqində  yerləşən  kiçik
               yarımadadır  və  qədim  zamanlarda  bura  mədəniyyət,  incəsənət  və
               düşüncə mərkəzi olmuşdur. Avropa dillərində bu ölkəni “Greece”
               adlandırırlar.  Ərəb  dilində  olan  “İğriq”  sözü  də  bundan  əmələ
               gəlmişdir.  Yunan  adı  Yunanıstanın  bir  hissəsi  olan  “İonia”-nın
               adından  götürülmüşdür.  Yunanlar  öz  ölkələrini  “Hellas”
               adlandırırlar  və  bu  ad  da  yunanların  əfsanəvi  əcdadının  adıdır.
               Dünyanın bir çox dinləri əfsanələrlə yaxın bağlıdır. Yunanların dini
               inancları və etiqadları dinşünaslıqda  böyük əhəmiyyətə malikdir.

                    3-1. Qədim Yunanıstanda mövcud olan məzhəb
                    Qədim  Yunanlar  da  kişi  və  qadın  tanrıların  mövcudluğuna
               inanırdılar. Onların ən böyük tanrısının adı Zevs idi. Bəzən onu Zevs
               Paterus,  yəni  “Zevs  ata”  adlandırırdılar.  Bu  tanrını  hindistanlılar
               “Divs Pitar”, qədim romalılar “Yupiter” adlandırırdılar. Yunanların
               sitayiş  etdiyi  tanrıların  əksəriyyəti  qədim  Ariyayi  tanrılarla
               eynidirlər. Yunanıstanın bəzi tanrıları bunlarıdr:
                    Apollo (Günəş tanrısı)
   25   26   27   28   29   30   31   32   33   34   35