Page 33 - Islamic Studies 07
P. 33
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 32
cəmləşdirirdi. Romalılar ən qədim zamanlardan belə memarlıq,
rəssamlıq, heykəltaraşlıq, ədəbiyyat və elmin müxtəlif sahələrində
böyük nailiyyətlər əldə edərək öncülə çevrilmişdilər. Romalılar
dördüncü əsrdə xristianlığı qəbul etdilər və onun yayılması üçün öz
qədim mədəniyyətindən geniş istifadə etdilər.
4-1. Qədim romalıların dinləri
Qədim romalıların dinləri sadə və ibtidai idi. Onların dini
mərasimləri imperatora sitayiş etməkdən, qurban kəsməkdən və
tanrılar üçün bayramlar keçirməkdən ibarət idi.
Qədim zamanlarda romalıların hamısı məbədi Roma
yaxınlığındakı dağlarda yerləşən tanrı Dianaya sitayiş edirdilər və il
ərzində keçirilən bayramlarda həmin məbədə üz tuturdular. Onların
həyata keçirdikləri dini ayinlərdən biri müqəddəs odda bişirilmiş
müqəddəs yeməklərdən dadmaq idi. Yalnız bu yolla Od tanrısı
onlarla eyni paya malik olurdu. Bu yeməyin hazırlanması və
yeyilməsi müəyyən dini adət-ənənələr çərçivəsində keçirilirdi.
Həmən adətlərin hamısını burada açıqlamaq mümkün deyil.
(Ümumiyyətlə, müxtəlif dinlərin ibadət mərasimlərində yeməkdən
istifadə mövcuddur və xristianlıqda mövcud olan “tanrının şam
yeməyi” da onun nümunələrindən və qalıqlarındandır.
4-2. Numa və Roma tanrıları
Tərcümədə ruh mənasını kəsb edən Numa (Numen) etiqadına
əsasən, hər bir əşyanın, insanın, heyvanın, daşların və təbiətdə olan
hər bir şeyin ruhu vardır. Bu ruhların bəziləri xeyirxah, bəziləri
bədxah idi. Sonradan müqəddəsləşən bu ruhlar qeyri-müəyyən
təbiətə malik idilər. Romalılar sonrakı dövrlərdə həmin ruhlar üçün
xüsusi şəxsiyyətlər də yaratdılar və onlar barəsində əfsanələr
meydana çıxartmağa başladılar. Romalıların saysız-hesabsız
tanrıları var idi. Onların bəziləri aşağıdakılardır: Yupiter, Canus,
Mars, Vesta, Neptun, Vulkan, Venera, Apollon, Minerva, Herkules
və s. Yuputer yunanların Zevsi kimi idi. Zevs ata mənasını verirdi.
O, nur, ildırım, şimşək tanrısı idi. Ay bədirlənmiş olanda yalnız ona
sitayiş edilirdi.