Page 38 - Islamic Studies 07
P. 38
İslam iqtisadiyyatı (Ustad Mütəhhəri baxışında) / 37
yaxşılığın, həmçinin oğurluq, xəyanət və rüşvətin sərhədləri məlum
olmaz.
İslamın sərvət barəsində nəzəri
İslamın iqtisadi sistemini öyrənmək istədiyimiz zaman,
əvvəlcə islamın sərvət və mal barəsindəki nəzərini bilməliyik. Ola
bilsin kimsə, islamın sərvətə olan baxışının pis olmasını və sərvtdən
uzaqlaşmaq olduğunu düşünsün. Pis və atılmalı olan bir şeyin,
qanun-qaydası ola bilməz. Başqa sözlə, bir şeyin barəsində fikrinin
müəyyən olduğu və onun atılmasını bildirən ideoloji bir məktəbin,
həmin şey barəsində qanun-qaydası ola bilməz. Həmin məktəbin o
şey barəsində bütün qanun-qaydası, onu icad etməyin, ona əl
vurmayın, əldən-ələ verməyin, istifadə etməyin olacaqdır. Necə ki,
şərab barəsində belə qanun-qaydalar gəlibdir: Onu (şərabı) satana,
alana, pulunu yeyənə, paylayana və içənə Allahın lənəti olsun...
Cavab budur ki, bu böyük bir səhvdir. İslamda mal və sərvət
heç vaxt aşağılanmayıbdır. Nə onu istehsal etmək, nə alıb-satmaq və
nə də onu istifadə etmək. Əksinə, bunların hamısına tövsiyə olunub
və onlar üçün qanun və şərtlər təyin olunubdur. İslamın nəzərində
sərvət heç vaxt pis və uzaq qalmalı bir şey deyil. Əksinə onu atmaq
(israf və malı zay etmək) qətiyyətlə haramdır. Səhvin yaranmasına
səbəbi budur ki, islam sərvəti hədəf seçməyə və insanın sərvətə
qurban olmasına qarşı olub və bununla mübarizə aparıbdır. Başqa
sözlə, pulpərəstliyi və insanın pulun qulu olmasını pisləyibdir. Yəni
insan pulu pulun özünə görə və yığmaq üçün istəsə, Quranın
buyurduğu kimi :
“Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri
şiddətli bir əzabla müjdələ”
, buna hərislik deyilir. Əgər pulu yalnız qarnını doyurmaq, 1
əyyaşlıq, bekarlıq və avaralanmaq üçün istəsə, buna şəhvətpərəstlik
deyilir. Bu halda, pul istəmək alçaqlıq, insan şəxsiyyətinin pulda
aradan getməsi və insani şəxsiyyətin və mənəvi şərəfin yoxluğu ilə
yanaşıdır. Əks tərəfi budur ki, insan pulu fəaliyyət, iş, asanlıq və
istehsal üçün vasitə olaraq, əldə etmək istəyir. Belə olduqda, pul
insanın əldə etmək istədiyi ümumi bir hədəfə tabedir.
1 Tövbə, 34