Page 40 - Islamic Studies 07
P. 40

İslam iqtisadiyyatı (Ustad Mütəhhəri baxışında) / 39

                     4). Onu israf və xarab etmək, qadağandır.
                     5). Xəyanət, oğurluq və hədər etmək barəsində, ağır məhkəmə
               qanunları təyin olubdur.
                     6). Malı qorumaq, cihad hökmündə və bu yolda ölənin, şəhid
               olduğu buyurulubdur: Əl-məqtulu dunə əhlihi və malihi ...
                     7). Malın insan üzərində haqqının olması buyurulubdur.
                     8). Sərvət Quranda açıqca xeyir adlanıbdır:
                     Sizin  hər  birinizi  ölüm  haqlayan  zaman  qoyub  gedəcəyiniz
               Xeyirdən (maldan) valideynlərinizə, yaxın qohumlarınıza verilməsi
               üçün ədalət üzrə vəsiyyət etməyiniz zəruridir.1

                     Sağlam iqtisadiyyat
                     Cəmiyyətin  sağlam  olmasının  ilk  şərtlərindən  biri,  sağlam
               iqtisadiyyat olduğu kimi, sağlam iqtisadiyyatın da ilk əsaslarından
               biri,  sərvətin  inkişaf  edə  bilməsi  və  yaşamasıdır.  Sağlam
               iqtisadiyyat,  özünə  əsaslanan  və  eyibsiz  bir  iqtisadiyyatdır.
               Cəmiyyət  sağlam  iqtisadi  gücə  malik  olmalı  və  iqtisadi  zəifliyə
               düçar olmamalıdır. Əks halda, qan azlığı olan xəstə ya ürək-damar
               sistemi xarab olan bir xəstə kimi, həmişə xəstə olacaqdır. Şübhəiz,
               heç bir alim, hətta heç bir ağıl sahibi, sağlam iqtisadiyyatın zəruri
               olmasını  inkar  etməz.  İslama  görə,  sağlam  iqtisadiyyat  olmadan
               islami  hədəflər  təmin  oluna  bilməz.  İslam,  qeyri-müsəlmanın
               müsəlmana təsir və nüfuz edə bilməməsini istəyir. Bu hədəf o halda
               baş verə bilər ki, müsəlmanlar iqtisadiyyatda ehtiyaclı olmasınlar və
               qeyri-müsəlmanlara əl açmasınlar. Əks halda, ehtiyaclı olmaları, qul
               adı üzərlərində olmasa da, əsir olmağı və qul olmağı lazım tutacaq,.
               Hər hansı bir millət iqtisadi cəhətdən digər bir millətə əl açsa, onun
               əsiri  və  quludur.  Belə  olduqda,  adi  diplomatik  təriflərin,  heç  bir
               dəyəri yoxdur. Nehru deyir :
                     İqtisadi sıçrayışı olan millət, müstəqildir.
                     Əli (ə) buyurur
                                      :
                      یلِا نِِاحَا ا ن َهَهَر ننََُ ََتِِش نَ ََ ِن َتِیِا ا ن َهَِیَا ننََُ ََتِِش نَم یلِا جَتحا
               .ن َهَمَا ننََُ ََتِش نَم     1



               1  Bəqərə, 180
               1  Qürərul-hikəm, Tehran universitetinin çapı, c2, s584
   35   36   37   38   39   40   41   42   43   44   45