Page 42 - Islamic Studies 07
P. 42

İslam iqtisadiyyatı (Ustad Mütəhhəri baxışında) / 41

               qumar,  qadın  alverçiliyini  (mamaroza),  qiyafə  (insanların  üz
               cizgilərindən      onların      bir-birinə     olan     qohumluğunu
               müəyyənləşdirir),  kahinlik, tərifə layiq olmayan şəxsi tərifləməyi,
               nəcşi (hərracda yalandan qiyməti qaldırma), zalimə kömək, zalim
               tərəfindən rəhbərlik, mömini həcv etməyi (həcv: bir şəxsə, ictimai
               quruluşa, yaxud həyatdakı mənfiliklərə qarşı yönəldilmiş istehzalı,
               kəskin, acı, kinayəli yazı), vacibi əməllərdən qazanc əldə etməyi, və
               haram edir. Qeyd etdiklərimizin hamısından islamın tezisinin belə
               olması məlum olur:
                      Gəlir mənbəyi, insanların istək və tələbləri olmamalı, ümumi
               məsləhətlər gəlir mənbəyi  olmalıdır. Fəqihlərin dili ilə desək, halal
               məqsədlərlə istifadə olunan, əhəmiyyətli və faydalı bütün şeylərin
               alqı-satqısı düzgündür. Bu iqtisadiyyat, insan əxlaqı və tərbiyəsi ilə
               əlaqəli  və  realist  bir  iqtisadiyyatdır.  Deməli,  islam  sərvəti
               çoxaltmağın tərəfdarı olmaqla yanaşı, sərvəti özünün ali hədəflərini
               təmin etmək vasitəsi sayır. Ona görə də, hədəf sərvətin özündən daha
               alidir.  İslam  gəlir  əldə  etməyin  yolunu  istəklər  və  tələblər  deyil,
               ümumi       məsləhəti      gəlir    yolu     sayır.    Amma       yeni
               iqtisadiyyatda,xüsusilə      kapitalizm      iqtisadiyyatında     belə
               məhdudiyyətlər  yoxdur.  İran  kimi  ehtiyaclı  ölkələrdən  nə  aparıb
               əvəzində nə verdikləri reallığını, ixrac etdikləri mallardan anlamaq
               olar.
                     Üçüncü məsələ budur ki, hər bir yolla sərvət dalınca olmağın
               düzgün  olmadığı  kimi,  iqtisadiyyat  sistemi  də,  inkişaf  yolunu
               bağlayan və qarşısını alan formada olmamalıdır. Bizim fikrimizcə,
               inkişafa  mane  olan  məsələlərdən  biri,  “istedad  miqdarında  iş  və
               ehtiyac  miqdarında  xərc“  tezisidir  ki,  insanların  bir-birirnin
               mənafelərində şərik olmalarını lazım tutur. Bunun neçə iradı var :
               Birincisi  budur  ki,  bu  məsələ  insan  fitrətinin  əksinədir.  İnsan
               fərdlərinin  bir-birinə  təbii  bağlılığı,  bədən  hissələrinin  bir-birinə
               olan bağlılığı həddində deyil. İkincisi budur ki, bunun özü bir növ
               istismar sayılır. Üçüncüsü budur ki, həvəs və fəaliyyətin qarşısını
               alır.  İnsan  işinin  nəticəsinin  özünə  qayıtdığını  bilən  zaman,  onda
               işinə  həvəs  yaranır.  İdarə  işçiləri  niyə  simvol  əhlidirlər?  Niyə
               onlarda idarə xəstəliyi var? Çünki, imanları yoxdur. Onların gəlir və
               nailiyyətlərinin heç birinin fəaliyyətlərinə bağlılığı yoxudur. Əksinə
   37   38   39   40   41   42   43   44   45   46   47