Page 45 - Islamic Studies 07
P. 45

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 44

                     Təbii və müqaviləli əlaqələrin bir-birinə təsiri
                     Diqqətə layiq məsələlərdən biri, təbii və müqaviləli əlaqələrin
               bir-birinə  təsir  etməsidir.  Təbii  əlaqələr  iş,  sənaye,  istehsal
               alətlərinin  təkmilləşməsi,  rəqabət  və  cəmləmələrlə  əlaqəlidir.
               Marksistlərin  fikrincə,  istehsal  alətlərinin  təkmilləşməsi,  istər-
               istəməz iqtisadi qanunların dəyişməsinə səbəb olur. Onların dili ilə
               desək,  “istehsal  alətlərinin  təkmilləşməsi,  insanların  hüquqi
               əlaqələrində  dəyişikliyə  səbəb  olur.”  Onlar  müqaviləli  əlaqələri
               bütünlüklə təbii iqtisadi əlaqələrə hakim olan istehsal alətlərinə tabe
               sayırlar.  Onlar  fikrincə,  istehsal  alətlərinin  təkmilləşməsi,  iqtisadi
               təbii əlaqələrin dəyişməsinə səbəb olur. Bu dəyişiklik, istər-istəməz
               iqtisadi  qanunlarda  qaçılmaz  dəyişikliyə  səbəb  olur.  Hər  iqtisadi
               qanun,  istehsal  alətlərinin  təkmilləşmə  mərlələrindən  birinin
               nəticəsidir. Marksistlərin nəzərində, iqtisadiyyatın təbii əlaqələrində
               qanuni  əlaqələrin  təsirinin  olmaması  mümkündür.  Digərlərinin
               nəzərində isə əksinə, qanuni əlaqələrdə təbii əlaqələrin təsiri olmaya
               bilər.  Lakin  bunların  heç  biri  düzgün  deyil.  Həm  xüsusi  ictimai
               qanunlar xüsusi iqtisadi təbii cərəyanların yaranmasına səbəb olur,
               həm  də,  təbii  əlaqələr  istər-istəməz  yeni  qanunların  yaranmasına
               səbəb  olur.  Əsas  sual  budur  ki,  iqtisadi  qanunların,  yəni
               iqtisadiyyatın qanuni əlaqələrin istehsal alətlərindən başqa bir əsası
               yoxdurmu?  Yaxud,  xüsusi  mənada  olan  ictimai  qanunlar
               silsiləsindən olan bu qanunlar, istehsal alətlərinə ehtiyacı olmayan
               təbii hüquq silsiləsi ilə əlaqələnirmi? Bizim ilə marksistlərin əsas
               fikir ayrılığımız bu bölümdədir.

                     Mübadilə
                     İqtisadiyyata  aid  məsələlərdən  biri,  mübadilədir.  Mübadilə
               fərdi  mülkiyyətin  şaxələrindəndir.1  Mübadiləli  iqtisadiyyat,  fərdi
               mülkiyyətə  əsaslanan  iqtisadiyyatdır.  Mübadilə  bəzən,  ilk  insan
               cəmiyyətlərində  mövcud  olan  malı  mal  ilə  əvəzləmə  formasında
               olur.  Bəzən  də,  pul  vasitəsilədir.  İqtisadiyyatın  inkişaf  etməsinə
               görə, mübadilələr üçün vasitə tapmağa məcburuq. İnsanların ictimai
               həyatı yalnız ailə həyatı həddində olduğu zamana qədər, mübadilə


               1  Şərikli mülkiyyətdə də mübadilə var, lakin cəmiyyətlər arasında deyil, fərdlər
               arasındadır.
   40   41   42   43   44   45   46   47   48   49   50