Page 46 - Islamic Studies 07
P. 46

İslam iqtisadiyyatı (Ustad Mütəhhəri baxışında) / 45

               mövcud  olmayıbdır.  Sonralar  isə  ailə  həyatı,  qəbilə  həyatı  ilə
               əvəzlənibdir. Qəbilə həyatında, sosialistlərin iddia etdiyi kimi fərdi
               mülkiyyət və mübadilə mövcud olmayıbdırmı? Yaxud insanlar ailə
               həyatından ictimai həyata keçməsi ilə, mübadilə və fərdi mülkiyyətə
               keçmək məsələsi ortaya gəlibdirmi? Bu məsələ barəsində sonradan
               danışmalıyıq.
                     Pul
                     İqtisadi məsələlərdən biri də, puldur. İnsanların ictimai həyatı
               daha  çox  genişlənmədiyi  zamanadək  və  işin  bölünməsi  məsələsi
               ortaya  çıxmayana  qədər,  insanların  ehtiyac  duyduqları  şeylər
               asanlıqla mübadilə oluna bilirdi. Yəni insanlar, ehtiyaclı olduqları
               malın  istehsalçısına  lazım  olan  öz  istehsallarını  mübadilə  etmək
               vasitəsilə,  ehtiyac  duyduqları  şeyi  asanlıqla  əldə  edə  bilirdilər.
               Amma tədricən sənayenin təkmilləşməsi, ehtiyacların müxtəlifliyi
               və genişlənməsi, əlaqələrin artması, bölünmələrin və təxəssüslərin
               çoxalması  nəticəsində,  qanuni  və  zəmanətli  ya  zati  dəyəri  olan
               xüsusi bir şeyin mübadilədə olması zərurəti yarandı ki, həmin şey
               pul  oldu.  Pul  barəsində  müxtəlif  müzakirələr  var.  Onlardan  biri
               budur ki, qızıl və gümüşün dəyəri zatidirmi? Yəni pulun mübadilədə
               vasitə olma səbəbi, bütün dövrlərdə hamının ona ehtiyaclı olmasına,
               köhnəlməməsinə,  yüngüllüyünə  və  asanlıqla  daşına  bilməsinə
               görədirmi?  Yoxsa  bunun  başqa  səbəbi  olub  və  qanuni  cəhətinə
               görədir?  Digər  məsələ  budur  ki,  tarixin  hansı  dövründə  və  insan
               cəmiyyətinin  hansı  tarixi  mərhələsində,  insanlar  puldan  istifadə
               etməyə başlamışlar? Bu məsələlər haqqında sonradan danışmalıyıq.
                     Dəyər
                     İqtisadiyyata aid digər məsələlərdən biri, dəyər ya qiymətdir.
               Mübadiləli  iqtisadiyyatlarda,  malların  müxtəlif  qiymətləri  olur  və
               qiymətlər  yuxarı-aşağı  gedir.  Bəzən  bir  şey  digər  şeydən  bahalı,
               bəzən də ucuz olur. Bəzən qiymətlərin yuxarı olmasına baxmayaraq,
               pulun çox olmasına görə firavanlıq daha çoxdur. Bəzən qiymətlərin
               düşməsi ilə həyat çətinləşir. Bəzən də, qiymətlər yuxarıya getməsi,
               həyatın çətinləşməsinə səbəb olur. Bunların arasında nə bağlılıq var?
               Birinci  məsələ  budur  ki,  dəyər  hardan  yaranır?  Bu  fəlsəfi  bir
               məsələdir.  İkinci  məsələ  budur  ki,  qiymətlərin  enib-qalxmasının
               səbəbi nədir? Firavanlığı necə təmin etmək olar? Qiymətləri necə
   41   42   43   44   45   46   47   48   49   50   51