Page 48 - Islamic Studies 07
P. 48
İslam iqtisadiyyatı (Ustad Mütəhhəri baxışında) / 47
Nəticə
İslam iqtisadiyyat əsaslarının güclənməsinin tərəfdarıdır. Bu
məsələ, iqtisadiyyatın özünün hədəf ya yeganə hədəf olmasına görə
deyil. Bu istək, müstəqil iqtisadi güc və sağlam iqtisadiyyat
olmadan, islami hədəflərin mümkün olmamasına görədir. İslam
iqtisadiyyatı ictimai həyatın əsaslarından biri sayır. Ona görə də,
iqtisadiyyata görə digər əsaslara zərbə vurmur. İslam gəlir
mənşəyinin istək və tələblər olması nəzəriyyəsini qəbul etmir.
İslama görə, istəklər insanın hər tərəfli və ali məsləhətlərinə uyğun
olmalıdır. Ona görə də, islamda “haram gəlirlər” adlı mühüm bir
fəsil var.
İslam nəzərində qanuni gəlir, bir tərəfdən insan fəaliyyətinin
nəticəsi olan ya ən azı istismar cəhəti olamayan, digər tərəfdən də
istifadə baxımından, şərii və faydalı istifadə etmək qabiliyyəti olan
gəlirə deyilir. Fəqihlərin termini ilə desək, müamilə edilən malın
“halal məqsədlərlə istifadə olunan faydası” olsun. Sosialistlərin
termini ilə desək , hədəf, cəmiyyətin mənafeləri olmalıdır, hansısa
bir şəxsin cibini doldurmaq yox.
İqtisadiyyat nədir?
İnsan həyatı və yaşaması üçün, “yaşayış vasitələri” adlanan
yemək, libas və mənzil kimi şeylərə ehtiyaclıdır. İnsanın bunlardan
başqa digər ehtiyaclara, məsələn ailəyə aid ehtiyaclara, yəni arvad
və uşaq, mədəni, dini, mənəvi və siyasi ehtiyaclara, yəni hökumət və
hökumət işləri ilə əlaqəli olan işlərə və məhkəmə kimi ictimai
ehtiyaclara da, ehtiyacı var.1 İnsanın ehtiyacları arasında, iqtisadi
ehtiyac ən birincisi sayılır. Yəni insan həyatı və yaşaması üçün,
onlara ehtiyaclıdır və onlar olmadan yaşaya bilməz.
Fərz edək, elə bir zaman olub ki, insanlar tək yaşayıblar. Yəni
insanlar arasında heç bir müştərək səy olmayıbdır. (Sürü formasında
yaşamamasını demirik) Hər kəs özü ehtiyaclarını əldə edib və
istifadə edibdir. Belə bir zamanda, iqtisadiyyatın əhəmiyyəti
olmayacaqdır. Necə ki, ceyran sürüsünün birlikdə otlamasına
1 Fikrimizcə, iqtisadi işləri tərif edərkən və onları qeyri-iqtisadi işlərdən ayırmaq
istədikdə, “maddi ehtiyacların mənəvi ehtiyaclar qarşısında olmasını” söyləmək kifayət
etmir. Çünki maddiyyat və mənəviyyat arasında sərhəd müyyən etməyin iradı var.