Page 53 - Islamic Studies 07
P. 53

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 52

                     Giriş
                     Həzrət Məhəmməd Peyğəmbər sağ ikən, camatın dini və dünya
               işləri (s) onun əlində idi və müsəlmanlar o Həzrətin (s) göstərişlərinə
               itaət  etməyi  özlərinə  vacib  bilirdilər.  Çünki  Mütəal  Allah
               müsəlmanlara  o  Həzrətə  (s)  mütləq  şəkildə  itaət  etməyi  əmr
               etməkdən  əlavə,1 siyasi,  məhkəmə,  hərbi  məsələlərdə  də  Rəsuli-
               Əkrəmə (s) itaət etmək barədə tə’kidli əmrlər vermişdi.2
                     Başqa  sözlə,  Peyğəmbər  (s)  nübüvvət  və  risalət,  İslam
               hökmlərini  ümmətə  bəyan  edib  öyrətməkdən  əlavə,  islam
               cəmiyyətinə rəhbərlik etmək kimi bir öhdəçiliyə də malik idi. Daha
               sonra  o,  qəzavət  (məhkəmə),  hərbi  rəhbərlik  və  s.  kimi  mühüm
               vəzifələri də icra edirdi. İslam dinində ibadi və əxlaqi vəzifələrdən
               əlavə siyasi, iqtisadi, hüquqi və s. hökmlər də mövcud olduğundan
               islam Peyğəmbəri də (s) insanlara tə’lim-tərbiyə vermək və Allah
               tərəfindən dini vəzifələri onlara çatdırmaqla yanaşı, ilahi hökm və
               qanunların icra olunmasını və bütün hökumət işlərini də öz öhdəsinə
               almışdı.
                     Sözsüz ki, düz yola hidayət etməyə qadir olmasını iddia edən
               bir din bu kimi mühüm məsələlərə laqeyd yanaşa bilməz. Təməlini
               bu  din  təşkil  edən  bir  cəmiyyət  də  bu  kimi  siyasi  və  hökumət
               mənsəblərindən  məhrum  ola  bilməz.  Bu  mənsəblər  də  məhz
               “imamət məqamı” adı ilə tanınır.
                     Amma  yenidən  belə  bir  sual  yaranır:  Peyğəmbərin  (s)
               vəfatından sonra bu məqamı kim öhdəsinə almalıdır? Mütəal Allah
               bu məqamı Peyğəmbərə əta etdiyi kimi, başqa şəxslərə də verirmi?
               Bu  məqam  yalnız  Allah  tərəfindən  tə’yin  olunması  ilə  özünə
               qanunilik  tapırmı?  Yoxsa,  bu  məqamın  Allah  tərəfindən  əta
               olunması  yalnız  Peyğəmbərə  (s)  aiddir  və  o  Həzrətdən  (s)  sonra
               camaat  özü  imam  seçib  özlərinə  rəhbər  tə’yin  edir?  Doğrudanmı



               1 “Ali-İmran” surəsi, ayə:32, 132, “Nisa” surəsi, ayə:12, 14, 69, “Maidə” surəsi,
               ayə:92, “Ənfal” surəsi, ayə:1, 20, 46, “Tövbə” surəsi, ayə:71, “Nur” surəsi, ayə:51, 54,
               56, “Əhzab” surəsi, ayə:66, 71, “Hücurat” surəsi, ayə:14, “Fəth” surəsi, ayə:16-17,
               “Məhəmməd” surəsi, ayə:32, “Mücadilə” surəsi, ayə:12, “Mümtəhinə” surəsi, ayə:12,
               “Təğabun” surəsi, ayə:12, Cin-23.
               2 “Ali-İmran” surəsi, ayə:152, “Nisa” surəsi, ayə:42, 59, 65, 105, “Maidə” surəsi,
               ayə:48, “Həcc” surəsi, ayə:67, “Əhzab” surəsi, ayə:6, 36, “Mücadilə” surəsi, ayə:8-9,
               “Həşr” surəsi, ayə:8.
   48   49   50   51   52   53   54   55   56   57   58