Page 57 - Islamic Studies 07
P. 57

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 56

                     Lakin sual yaranır ki, görəsən, birinci xəlifə bu haqqı haradan
               əldə  etmişdi?  Nə  üçün  sünnilərin  e’tiqadına  əsasən  Peyğəmbəri-
               Əkrəm (s) İslam üçün birinci xəlifə qədər ürək yandırmamışdı və
               bünövrəsi  yenicə  qurulmuş  İslam  cəmiyyətini  başsız  qoymuşdu?!
               Halbuki  Mədinədən  cihada  getdiyi  zamanlarda  belə,  öz  yerində
               müəyyən bir şəxsi tə’yin edirdi. Həm də o Həzrət (s) öz ümmətinin
               arasında gələcək ixtilaf və fitnələrdən xəbər verirdi. Bu kimi çoxlu
               sualları nəzərə almasaq belə, əsas e’tibarı ilə buna diqqət yetirmək
               lazımdır ki, sünnilərin və şiələrin ixtilafı, hər şeydən öncə, imamətin
               dini bir məqam olub şəriət və Allah tərəfindən tə’yin edilməyə bağlı
               olmasımı,  yoxsa,  dünyəvi  bir  səltənət  olub  ictimai  amillərə  tabe
               olması ilə əlaqədardır. Şiələr inanırlar ki, hətta Peyğəmbərin (s) özü
               belə  öz  canişinini  tə’yin  etməkdə  müstəqil  deyilmiş,  əksinə,  onu
               ilahi  vəhy  əsasında  tə’yin  etmişdir.  Həqiqətdə  nübüvvətin  sona
               çatması hikməti mə’sum imamın tə’yin edilməsi ilə tam mə’nada
               əlaqəlidir və Peyğəmbərin (s) vəfatından sonra İslam cəmiyyətinin
               əməl olunması lazım olan məsləhətləri məhz belə bir imamın varlığı
               ilə müəyyən olunur.
                     Buradan  şiələrin  nəzərində  imamət  məsələsinin  nə  üçün
               e’tiqadi  bir  prinsip  kimi  irəli  çəkilməsi  və  ona füruiddindən  olan
               fiqhi bir hökm kimi baxılmaması, nə üçün onların imamda üçlük
               təşkil edən şərtləri (Allah verən elm, ismət və Allah tərəfindən tə’yin
               olunma) mö’təbər  saymaları, nə üçün şiənin kəlam istilahında bu
               məfhumların  –  İslam  cəmiyyətinə  rəhbərlik,  hökumət  və  ilahi
               hökmlərin tanınmasında mərcəiyyətin məfhumu ilə qarışması aydın
               olur və sanki imamət kəlməsi onların hamısına dəlalət edir.
                     İndi  imamət  məfhumu  və  onun  şiə  e’tiqadında  tutduğu
               mövqeyə nəzər yetirməklə bu əqidə barəsində söhbətə başlayırıq.

                     İmamın varlığının zərurəti
                     22-ci  dərsdən  aydın  oldu  ki,  insanın  yaradılışındakı  hədəfin
               gerçəkləşməsi  vəhy  vasitəsilə  yol  göstərməyə  bağlıdır  və  Allahın
               hikməti bunu tələb edirdi ki, dünya və axirətdəki səadət yollarını
               insanlara  öyrətmək  üçün  müəyyən  peyğəmbərləri  göndərərək
               onların  bu  ehtiyaclarını  tə’min  etsin.  Onlar  da  öz  növbəsində
               iste’dadlı  insanları  tərbiyələndirsinlər  və  onları  müyəssər  olan
               kamalın son mərhələsinə çatdırsınlar Eləcə də münasib ictimai şərait
   52   53   54   55   56   57   58   59   60   61   62