Page 59 - Islamic Studies 07
P. 59

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 58

               etməyə  o  qədər  də  qərəz  yoxdur)  dəqiq  və  mürəkkəb  hökmlərin
               barəsində, xüsusilə, ayrı-ayrı şəxslərin həvayi-nəfsləri və müxtəlif
               qrupların mənafeləri ilə qarşı-qarşıya dayanan hökm və qanunlarda
               qəsdən  təhrifedilmə  və  nəqledilmə  zamanı  xətaya  yol  verilməsi
               ehtimalı bir neçə qat artıq olacaqdır.1
                     Bu kimi məsələlərə diqqət yetirməklə aydın olur ki, İslam dini
               məhz  o  zaman  kamil  və  insanların  dünyanın  axırına  qədər  olan
               ehtiyaclarına cavab verəcək bir din kimi irəli çəkilə bilər ki, bu dində
               cəmiyyətin  zəruri  mənafeyini  tə’min  etmək  üçün  bir  yol  nəzərdə
               tutulmuş  olsun.  Elə  mənafelər  ki,  Peyğəmbəri-Əkrəmin  (s)
               dünyadan  getməsi ilə təhdidlərə, məhv olmaq təhlükəsinə  mə’ruz
               qalırdı.  Bu  yol  da  Peyğəmbəri-Əkrəmin  (s)  özü  üçün  layiqli  bir
               canişin tə’yin etməsindən başqa yolla mümkün deyildi. Həmçinin
               belə bir canişin Allah tərəfindən əta olunan elmə malik olmalıdır ki,
               dinin  həqiqətlərini  onun  bütün  yönləri  və  incəlikləri  ilə  yanaşı
               açıqlaya  bilsin.  Bundan  əlavə,  o,  ismət  səciyyəsinə  də  malik
               olmalıdır ki, nəfsani və şeytani məqsədlərin tə’siri altına düşməsin,
               dində qəsdən təhrifə yol verməsin. Eləcə də o, Peyğəmbəri-Əkrəmin
               (s) insanları tərbiyələndirmə kimi ilahi vəzifəni də öhdəsinə almalı,
               iste’dadlı  şəxsləri  kamalın  ən  yüksək  mərhələlərinə  çatdırmalı,
               ictimai  şərait  münasib  olduğu  təqdirdə  cəmiyyətin  işlərinin  idarə
               olunmasını və hakimiyyəti öhdəsinə götürə bilməli, islamın ictimai
               qanunlarını  cəmiyyətdə  icra  edə  bilməli  və  haqq-ədaləti  dünya
               səviyyəsində yaymalıdır.
                     Deməli,  nübüvvətin  sona  çatması  yalnız  o  zaman  ilahi
               hikmətlə uyğun olacaqdır ki, bu iş mə’sum imamın tə’yin edilməsi
               ilə  yanaşı  olsun  və  o  imam  da  Peyğəmbərin  (s)  nübüvvət  və
               risalətdən başqa bütün xüsusiyyətlərinə malik olsun.
                     Beləliklə,  həm  imamın  varlığının,  həm  də  onun  üçün  Allah
               tərəfindən verilən elm və ismət məqamının zəruriliyi sübuta yetir.
               Eləcə də o, Mütəal Allah tərəfindən tə’yin olunmalıdır. Çünki belə
               bir  elmi  və  səciyyəni  kimə  əta  etdiyini  yalnız  Allahın  Özü  bilir.



               1 Böyük islam alimi mərhum Əllamə Əmini özünün nəfis “Əl-Qədir» kitabında belə
               yalan hədis uyduranlardan yeddi yüzünün adını qeyd etmişdir ki, onlardan
               bə`zilərindən yüz min hədis istinad edilmişdir. (“Əl-Qədir”, 5-ci cild, səh-208-dən
               sonra).
   54   55   56   57   58   59   60   61   62   63   64