Page 61 - Islamic Studies 07
P. 61

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 60

                     Bu  mətləbləri  sünni  və  şiə  alimlərinin  öz  kitablarında  qeyd
               etdikləri çoxlu rəvayətlərdən, eləcə də müxtəlif Qur’an ayələrindən
               əldə etmək olar.
                     Məsələn,  “Maidə”  surəsinin  3-cü  ayəsində  Allah-taala
               buyurur:
                     “Bu  gün  sizin  dininizi  kamil  etdim,  ne’mətimi  sizə
               tamamladım və sizin üçün bir din olaraq İslama razı oldum.»
                     Bütün müfəssirlərin fikir birliyinə əsasən “Vida həcci”ndə və
               Peyğəmbərin (s) vəfatından bir neçə ay öncə nazil olan bu ayədə
               kafirlərin İslam dininə ciddi xəsarət vura biləcəklərindən  ümidsiz
               olduqlarına  işarə  edərək,  «əl-yovmə  yəisəlləzinə  kəfəru  min
               dinikum»  -  bu  gün  kafirlər  sizin  dininizdən  ümidsiz  oldular
               buyurulduqdan sonra, «bu gün sizin dininizi kamil, ne’mətimi sizə
               tamam  etdim»  -  deyə  qeyd  olunur.  Bu  ayənin  nazilolma  səbəbi
               (şə’ni-nüzulu) ilə əlaqədar nəql olunan rəvayətlərə diqqət yetirməklə
               tamamilə  aydın  olur  ki,  kafirlərin  İslam  dininə  xəsarət
               vuracaqlarından ümidsizliyini bəyan etməklə yanaşı bu dinin kamil
               olmasını və tamamlanmasını göstərən ayə Mütəal Allah tərəfindən
               Peyğəmbər (s) üçün bir canişinin tə’yin olunması əmri idi. Çünki
               İslam düşmənləri Peyğəmbərin (s) vəfatından sonra, xüsusilə onun
               oğlan  övladı  olmamasına  istinad  edərək  İslamın  rəhbərsiz
               qalacağını,  nəticədə  zəifləyib  tənəzzülə  uğramasının  intizarını
               çəkirdilər. Lakin onun üçün canişin tə’yin olunması ilə İslam dini
               kamal həddinə çatdı, ilahi ne’mətlər tamamlandı və kafirlərin ümidi
               puça çıxdı.1
                     Hadisə  belə  olmuşdu:  Peyğəmbəri-Əkrəm  (s)  “Vida
               həcci”ndən  qayıdarkən  bütün  hacıları  Qədir-Xum  adlı  bir  yerdə
               topladı,  uzun  bir  xütbə  söylədikdən  sonra  camaatdan  soruşdu:
               «Allah  tərəfindən  mənim  sizə  vilayət  haqqım  yoxdurmu  və  sizə,
               sizin özünüzdən də artıq ixtiyar sahibi deyiləmmi?»2 Hamı bir səslə
               müsbət cavab verdi, sonra həzrət Əlinin (ə) əlindən tutub hamının
               görəcəyi  bir  yerdə  yuxarı  qaldırdı  və  buyurdu:  «Mən  hər  kəsin
               mövlası  və  ixtiyar  sahibiyəmsə,  Əli  də  onun  mövlası  və  ixtiyar
               sahibidir». Beləliklə, o Həzrət (ə) üçün ilahi vilayət məqamını e’lan


               1 Bu ayənin nəyə dəlalət etməsi ilə əlaqədar “Əl-Mizan” təfsirinə müraciət edin.
               2 “Əhzab “surəsinin 6-cı ayəsinə işarədir.
   56   57   58   59   60   61   62   63   64   65   66