Page 65 - Islamic Studies 07
P. 65
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 64
Həmçinin buyurmuşdu: “Agah olun və bilin! Həqiqətən
mənim Əhli-beytimin sizin aranızdakı məsəli Nuhun gəmisinin
məsəli kimidir: hər kəs ona minsə nicat tapar, hər kəs ondan ayrılsa
qərq olar.»1
Peyğəmbər (s) dəfələrlə Əliyə (ə) xitab edərək buyurmuşdu:
“Sən məndən sonra bütün mö’minlərin vəlisi, rəhbərisən.”2
Bu barədə əlavə olaraq çoxlu hədislər də nəql olunmuşdur ki,
onların hamısının qeyd olunmasına imkan yoxdur.3
İmamın məqamı
Şübhəsiz, Peyğəmbərin (s) Əhli-beyti (ə) başqalarına nisbətən
o Həzrətin (s) elmindən daha artıq bəhrələnmişlər. Peyğəmbər (s) də
onların barəsində buyurmuşdur: «Onlara bir şey öyrətməyin,
həqiqətən, onlar sizdən daha elmlidirlər.»4
Xüsusilə, uşaqlıq dövrlərini Peyğəmbərin (s) qucağında
keçirən, o Həzrətin (s) ömrünün axırına qədər bir an belə ondan
ayrılmayan və daim onun elm və mə’rifətindən bəhrələnən Əli (ə)
barəsində Peyğəmbər (s) buyurur: «Mən elmin şəhəriyəm, Əli onun
qapısıdır.»5
Həzrət Əlinin (ə) özü də belə buyurmuşdur: «Rəsuli-Əkrəm (s)
mənə min elm babı öyrətdi ki, hər babdan da digər min bab açılır.
Onun məcmusu bir milyon bab olur. İndiyə qədər baş vermiş olan
və qiyamət gününə qədər baş verəcək hadisələrdən agah oldum,
«mənaya» və «bəlaya» (ölümlər və müsibətlər), «fəslul-xitab (haqq
əsasında mühakimə etmək) elmlərini ondan öyrədim.»6
Lakin Əhli-beytin (ə) elm xəzinələri Peyğəmbəri-Əkrəmdən
(s) birbaşa, yaxud müəyyən vasitələrlə əxz etdikləri ilə sona çatmır;
onlar qeyri-adi elmlərdən də bəhrələnmişlər ki, bu da ilham və təhdis
1 Müstədrəki Hakim, 3-cü cild, səh-151.
2 Həmən mənbə, səh-134 və səh-111, Səvayiqi ibni Həcər, səh-13, Müsnəd ibni
Hənbəl, 1-ci cild, səh-331, 4-cü cild, səh-438 və s.
3 Mərhum Səduqun “Kəmaluddin və tamamu ne`mət” və Məclisinin “Biharul-ənvar”
kitablarına baxa bilərsiniz.
4 “Ğayətul məram”, səh.265, “Üsuli-kafi”, 1-ci cild, səh.294.
5 “Müstədrəki Hakim”, 3-ci cild, səh.226. Maraqlıdır ki, sünnü alimlərindən biri
“Fəthul-milkil-əliyyi bisihhəti hədisi mədinəti elmi-Əli” adlı bir kitab yazmışdır və bu
kitab 1354-cü hicri ilində Qahirədə çap olunmuşdur.
6 “Yənabiul-məvəddət”, səh.88, “Üsuli-kafi”, 1-ci cild, səh.296.