Page 68 - Islamic Studies 07
P. 68

İmamətin zərurəti / 67

                     Nəticə
                     İmamətin  Allah  tərəfindən  tə’yin olunan  bir  məqam  olması,
               eləcə də Allah-taalanın  onu Əliyyibni  Əbi Talib (ə) və onun pak
               övladlarına  əta  etməsi  isbat  olunduqdan  sonra  onların  ismətini
               aşağıdakı şərif ayəyə istinadən isbat etmək olar:
                     “Mənim əhdim (imamət məqamı) zalımlara çatmaz.»1
                     Bu şərif ayədə belə bir ilahi məqamın günaha batan şəxslərə
               əta olunması inkar edilmişdir. Eləcə də, onlara mütləq şəkildə itaət
               edilməsini vacib bilən, onlara itaət etməyi Rəsuli-Əkrəmə (s) itaət
               etməklə yanaşı bəyan edən “ulul-əmr” ayəsindən də (“Nisa” surəsi,
               59)  mə’lum  olur  ki,  onlara  itaət  edilməsi  Mütəal  Allaha  itaət
               edilməsi  ilə  heç  vaxt  zidd  olmayacaqdır.  Deməli,  onlara  mütləq
               şəkildə  itaət  olunmasına  olunan  əmr  ismətə  zəmanət  verilməsi
               mə’nasınadır.
                     Eləcə də Əhli-beytin (ə) ismətini “Təthir” ayəsindən də isbat
               etmək olar:
                     “Allahın iradəsi bu olmuşdur ki, yalnız siz Əhli-beytdən hər
               növ çirkinlikləri aradan aparıb sizi pak-pakizə qərar versin.»2
                     Belə ki, Allahın bəndələri paklamaq ilə əlaqədar təşri’i iradəsi
               heç kəsə məxsus deyildir. Deməli, Əhli-beytə (ə) məxsus olan bu
               iradə Allahın təkvini iradəsidir və ondan heç cür qaçmaq mümkün
               deyildir. Belə ki, “Yasin” surəsinin 82-ci ayəsində buyurulur:
                     “Onun əmri budur ki, bir şeyi yaratmağı iradə etdiyi zaman ona
               “ol!” deyər, o da dərhal vücuda gələr.»
                     Mütləq  şəkildə  paklamaq  və  hər  növ  aludəlikləri  onlardan
               aparmaq  elə  ismət  mə’nasındadır.  Bildiyimiz  kimi,  heç  bir
               müsəlman  firqəsi  Peyğəmbərə  (s)  mənsub  olan  şəxslərdən  heç
               birinin ismət məqamında olması iddiasını etməmişdi, yalnız şiələr
               həzrət  Zəhra  (ə)  və  on  iki  imamın  (ə)  ismətinə,  yə’ni  hər  növ
               günahdan pak-pakizə olmalarına inanırlar.3
                     Qeyd olunmalıdır ki, əksəriyyəti sünni alimləri tərəfindən nəql
               olunan 70-dən artıq rəvayət bu şərif ayənin “Ali-əba” barəsində nazil



               1 “Bəqərə” surəsi, ayə:124.
               2 “Əhzab” surəsi, ayə:33.
               3 Bu ayə ilə əlaqədar əlavə izahat və mə`lumat almaq üçün “Əl-Mizan” təfsirinə və
               “Əl-İmamətu vəl-vilayətu fil-Qur`anil-Kərim” kitablarına müraciət edə bilərsiniz.
   63   64   65   66   67   68   69   70   71   72   73