Page 66 - Islamic Studies 07
P. 66

İmamətin zərurəti / 65

               vasitəsilə onlara verilir.1 Bu da həzrət Xızr (ə) və Zülqərneynə (ə)
               ilham olunan elmlər,2 eləcə də həzrət Məryəmə (ə) və Musanın (ə)
               anasına  vəhy  olunan  şeylər  kimidir. 3  Bə’zi  hallarda  Qur’ani-
               kərimdə  “vəhy”  tə’biri  gətirilmişdir  ki,  ondan  məqsəd  nübüvvət
               vəhyi  deyildir.  Məhz  belə  bir  elm  səbəbi  ilə  uşaqlıq  çağlarında
               imamət məqamına çatan bə’zi imamlarımız hər şeydən agah olmuş
               və kimdənsə bir şey öyrənməyə əsla ehtiyac duymamışlar.
                     Bu  mətləb  mə’sum  imamlarımızdan  nəql  olunan  çoxlu
               rəvayətlərdə  qeyd  edilmişdir.  Onların  ismət  məqamına  nəzər
               yetirməklə höccət olmaları aydınlaşır. Lakin onların nümunələrini
               göstərməzdən  əvvəl  Qur’ani-kərimin  «mən  indəhu  ilmul-kitab»4
               ünvanı  ilə  buyurduğu,  yaxud  bir  neçə  şəxsi  nümunə  olaraq  qeyd
               edirik  ki,  bu  da  Peyğəmbərin  (s)  haqq  olmasına  bir  dəlil  kimi
               gətirilir. O ayə aşağıdakıdır:
                     “De: Mənimlə sizin aranızda şəhadət vermək üçün Allah və
               ilmul-kitaba malik olan şəxs kifayətdir.»5
                     Şübhəsiz, verdiyi şəhadət Mütəal Allahın şəhadəti ilə yanaşı
               olan (məhz ilmul-kitaba malik olması onu belə şəhadətə layiqli edir)
               bir şəxs çox yüksək məqama malik olmuşdur.
                     Digər bir ayədə də bu şahidə işarə edərək onu Rəsuli-Əkrəmin
               (s)  ardınca  gələn  şəxs  kimi  qeyd  etmişdir:  “Əfəmən  kanə  əla
               bəyyinətin min Rəbbihi və yətluhu şahidun minhu...” 6 Bu ayədəki
               «minhu»  kəlməsi  göstərir  ki,  bu  şahid  Peyğəmbəri-Əkrəmin  (s)
               sülaləsindən və onun Əhli-beytindəndir. Sünni və şiələr tərəfindən
               nəql olunan çoxlu hədislərdə “şahid” dedikdə məqsədin Əliyyibni
               Əbi Talib olduğu nəql olunmuşdur.
                     İbni  Məğazili  Şafei,  Əbdullah  ibni  Ətadan  belə  rəvayət
               etmişdir: «Bir gün imam Baqirin (ə) hüzurunda idim, Əbdullah ibni
               Salamın (Peyğəmbəri-Əkrəmin (s) dövründə iman gətirən kitab əhli
               alimlərindən  biri  idi)  oğlu  oradan  keçirdi.  O  Həzrətdən  (ə)


               1 “Üsuli-kafi”, Kitabul höccət, səh.264 və 270.
               2 “Üsuli-kafi”, 1-ci cild, səh.267.
               3 “Kəhf” surəsi, ayə:65, 98, “Ali-İmran” surəsi, ayə:42, “Məryəm” surəsi, ayə:17-21,
               “Taha” surəsi, ayə:38, “Qəsəs” surəsi, ayə:7.
               4 “Rə`d” surəsi, ayə:43.
               5 “Rə`d” surəsi, ayə:43.
               6 “Hud” surəsi, ayə:17.
   61   62   63   64   65   66   67   68   69   70   71