Page 63 - Islamic Studies 07
P. 63

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 62

                     Bu ilahi vəzifənin təbliğ olunmasının zərurətini tə’kid etməklə
               yanaşı, (bu iş Peyğəmbərin (s) işlərinin hamısına bərabər idi və onun
               çatdırılmaması  bütünlüklə  ilahi  risalətin  çatdırılmamasına  bərabər
               idi) həm də o Həzrətə (s) müjdə verdi ki, Mütəal Allah onu bu işin
               nəticələrindən  amanda  saxlayacaqdır.  Bu  ayənin  nazil  olması  ilə
               Peyğəmbəri-Əkrəm  (s)  artıq  münasib  bir  imkan  yarandığını  başa
               düşdü və bildi ki, bundan da artıq tə’xirə salmaq rəva deyildir. Ona
               görə də bu vəzifəni Qədir-Xum çölündə yerinə yetirdi.1
                     Əlbəttə,  bu  gündə  əsas  məqsəd  həmin  məsələnin  camaata
               rəsmi şəkildə e’lan edilməsi və onlardan bey’ət alınması idi. Çünki
               Peyğəmbəri-Əkrəm  (s)  öz  risaləti  dövründə  dəfələrlə  və  müxtəlif
               şəkillərdə  Əlinin  (ə)  canişinlik  məsələsini  camaata  çatdırmışdı.
               Misal  üçün,  elə  be’sətin  ilk  illərində  “öz  qohum-əqrəbanı  ilahi
               əzabdan  qorxut» 2  ayəsi  nazil  olduqda  bütün  qohum-əqrəbasını
               qonaqlığa  də’vət  edib  onların  hüzurunda  buyurdu:  “Mənim
               də’vətimi qəbul edən ilk şəxs mənim canişinim olacaqdır.” Sünni və
               şiələrin fikir birliyinə əsasən, bu də’vətə müsbət cavab verən ilk şəxs
               Əliyyibni Əbi Talib (ə) idi.3
                     Eləcə də “Nisa” surəsinin 59-cu ayəsi (“Ey iman gətirənlər,
               Allaha, Onun Peyğəmbərinə və sizlərdən olan əmr sahiblərinə itaət
               edin!»)  nazil  olanda,  başqa  sözlə,  “ulul-əmr”  ünvanı  ilə  itaət
               olunmalarını  mütləq  şəkildə  vacib  sayan,  onlara  itaət  edilməsini
               Peyğəmbərə (s) itaət edilməklə bərabər olduğunu göstərən bu ayə
               nazil olduqda Cabir ibni Əbdullah Ənsari soruşdu: “Ya Rəsuləllah!
               Onlara itaət edilməsi sizə itaət olunması ilə yanaşı (bir səviyyədə)
               olan ulul-əmr kimlərdir?”
                     Peyğəmbər (s) buyurdu: “Ey Cabir, onlar mənim xəlifələrim
               və  məndən  sonra  müsəlmanların  imamlarıdır.  Birincisi  Əliyyibni
               Əbi Talib, ondan sonra Həsən, ondan sonra Hüseyn, ondan sonra
               Əliyyibni Hüseyn, ondan sonra Məhəmməd ibni Əli. O, Tövratda
               “Baqir”  ləqəbi  ilə  tanınır,  Ey  Cabir,  sən  onu  görəcəksən.  Onu
               gördükdə  mənim  salamımı  ona  yetirərsən!  Ondan  sonra  Cə’fər

               1 Bu məsələni sünnilərin böyük alimi Peyğəmbərin (s) adları qeyd olunan yeddi nəfər
               səhabəsindən nəql etmişdir: Zeyd ibni Ərqəm, Əbu Səid Xidri, İbni Abbas, Cabir ibni
               Əbdullah Ənsari, Bərra ibni Azib, Əbu Hüreyrə və İbni Məs`ud, Əl-Qədir, 1-ci cild.
               2 “Şüəra” surəsi, ayə:214.
               3 “Əbəqatul-ənvar”, “Əl-Qədir”, “Əl-Müraciat” (20-ci müraciət).
   58   59   60   61   62   63   64   65   66   67   68