Page 58 - Islamic Studies 07
P. 58
İmamətin zərurəti / 57
yarandıqda dinin ictimai qanunlarının icra olunmasını öhdələrinə
alsınlar.
34-35-ci dərslərdə izah edildi ki, müqəddəs İslam dini
hərtərəfli və əbədi bir dindir, heç bir şəriət vasitəsilə qüvvədən
salınmır və Peyğəmbəri-Əkrəmdən (s) sonra heç bir peyğəmbər
gəlməyəcəkdir. Peyğəmbərliyin sona çatması peyğəmbərlərin
be’sətinin hikməti ilə yalnız o vaxt uyğun gələ bilər ki, axırıncı
asimani şəriət bəşəriyyətin bütün ehtiyaclarına lazımınca cavab verə
bilsin və dünyanın axırına qədər onun toxunulmaz şəkildə qalmasına
zəmanət verilmiş olsun.
Bu zəmanət Qur’ani-kərim barəsində mövcuddur: Mütəal
Allah bu əziz kitabın hər növ dəyişiklik və təhrifdən amanda
qalmasına zəmanət vermişdir. Amma İslamın bütün qanunları və
hökmləri Qur’anın ayələrinin zahiri mə’nasından istifadə olunaraq
əldə olunmur. Misal üçün, namazın rəkətlərinin sayı, onun necə
qılınması, eləcə də yüzlərlə vacib və müstəhəb əməllərin hökmü
Qur’ani-kərimdən əldə edilə bilmir və əsas e’tibarı ilə Qur’an ilahi
hökmləri təfsilatı ilə bəyan etmək iqtidarında deyil. Onların
incəliklərinin tə’lim verilməsi və öyrədilməsi Peyğəmbərin (s)
öhdəsinə qoyulmuşdur. Peyğəmbər də (s) Allahın ona əta etdiyi
elmdən faydalanaraq (Qur’an vəhyindən başqa yollarla) onları
camaata bəyan etsin.1 Beləliklə, o Həzrətin (s) sünnəsinin (İslamı
tanımaq üçün əsas mənbələrdən biri kimi) höccət və mö’təbər
olmağı sübuta yetir. Amma o Həzrətin (s) ağır həyat şəraiti, o
cümlədən, müsəlmanlarla birgə “Əbu Talib dərəsi”ndə bir neçə il
mühasirədə qalması, İslam düşmənləri ilə onillik müharibə və s.
kimi işlər bütün İslam qanunlarının və hökmlərinin camaata təfsilatı
ilə öyrədilməsinə imkan vermirdi. Səhabələrin öyrəndiklərinin
qorunub saxlanmasına da heç bir zəmanət verilmirdi, hətta uzun illər
camaatın gözü önündə o Həzrətin (s) necə dəstəmaz almasına
baxmayaraq yenə də dəstəmaz barəsində ixtilaf yaranmışdır. Belə
aşkar əməllərin hökmlərində ixtilaf yarandığı halda (halbuki bu əməl
bütün müsəlmanların gündəlik ehtiyac duyduğu və gələcəkdə də
ehtiyac duyacağı məsələdir və onda qəsdən təhrif və dəyişiklik
1 “Bəqərə” surəsi, ayə:151, “Ali-İmran” surəsi, ayə:164, “Cümə” surəsi, ayə:2, “Nəhl”
surəsi, ayə:64-66, “Əhzab” surəsi, ayə:21, “Həşr” surəsi, ayə:7.