Page 56 - Islamic Studies 07
P. 56
İmamətin zərurəti / 55
Deməli, sünni və şiələrin imamət məsələsindəki ixtilafı üç
məsələdən ibarətdir:
1.İmam Allah tərəfindən tə’yin olunmalıdır.
2.İmam Allah tərəfindən verilən xüsusi elmə malik və
xətalardan uzaq olmalıdır.
3.Günahlardan pak və mə’sum olmalıdır.
Əlbəttə, mə’sum olmaq imam olmağı zəruri etmir. Çünki
şiələrin e’tiqadına görə, həzrət Fatimeyi Zəhra da (s) mə’sumdur,
amma imamət məqamına malik deyildir. (Eləcə də həzrət Məryəm
də (s) ismət məqamına malik olmuşdur.) Allah övliyaları arasında
belə bir məqama malik olan digər şəxslərin də olması mümkündür,
baxmayaraq ki, onların barəsində bizim mə’lumatımız yoxdur.
Ümumiyyətlə, mə’sum şəxsin Allah tərəfindən təqdimolunma
yolundan başqa bir yolla ayırd edilməsi müyəssər deyildir.
İmamətin əhəmiyyəti
E’tiqadi məsələlərdə dərin düşüncəyə malik olmayanların çoxu
belə təsəvvür edir ki, şiələrlə sünnilərin imamət məsələsindəki
ixtilafları yalnız bundan ibarətdir: şiələrin inancına görə, Peyğəmbər
(s) Əliyyibni Əbi Talibi (ə) cəmiyyətin işlərini idarə etmək üçün
özünə canişin seçmişdir. Lakin sünnilər inanırlar ki, belə bir iş baş
verməmişdir və camaat öz istəyi ilə özlərinə rəhbər tə’yin edərək onu
şəxsən canişin tə’yin etmişlər. O da özündən sonrakı xlifəni tə’yin
etmiş, üçüncü mərhələdə rəhbərin tə’yin edilməsi altı nəfərlik şuraya
həvalə edilmiş və dördüncü xəlifə bir daha ümumcamaat tərəfindən
seçilmişdir. Belə şəxslərin fikrincə müsəlmanlar arasında rəhbər
tə’yin edilməsi üçün xüsusi bir üslub olmamışdır. Buna görə də
dördüncü xəlifədən sonra hər kəsin daha artıq hərbi qüdrəti olmuşsa,
bu məqamı öhdəsinə almışdır. Belə ki, qeyri-islami ölkələrdə də
hakimiyyətəgəlmə əksər hallarda bu minvalla icra olunur.
Başqa sözlə desək, bə’ziləri belə güman edirlər ki, şiələr birinci
imamın tə’yin olunmasında sünnilərin ikinci xəlifənin birinci xəlifə
tərəfindən tə’yin olunması kimi e’tiqada malikdirlər. Fərq isə
bundan ibarətdir ki, Peyğəmbərin (s) nəzəri camaat tərəfindən qəbul
edilmədi, amma birinci xəlifənin nəzəri camaat tərəfindən qəbul
edildi!