Page 54 - Islamic Studies 07
P. 54
İmamətin zərurəti / 53
camaatın belə bir haqqı var? Sünnilərlə şiələrin əsas ixtilafı da məhz
bu məsələ üzərindədir. Belə ki, şiələrin inancına görə, imamət Allah
tərəfindən olan bir mənsəb olub səlahiyyətli şəxslərə verilir. Mütəal
Allah Peyğəmbəri-Əkrəmin (s) vasitəsilə həzrət Əlini (ə) o Həzrətin
(s) özündən sonrakı canişini qərar vermiş, daha sonra onun on bir
övladı biri digərindən sonra imamət məqamına tə’yin olunmuşdur.
Sünnilər isə inanırlar ki, nübüvvət və risalətdə olduğu kimi, imamət
də Peyğəmbərin (s) vəfatı ilə sona çatır və ondan sonra imam camaat
tərəfindən tə’yin olunur. Sünnilərin bə’zi böyük şəxsiyyətləri aşkar
şəkildə iddia etmişlər ki, hətta əgər bir şəxs silah gücü ilə camaata
hakim olsa, bundan sonra ona itaət etmək hamıya vacib olmalıdır!1
Halbuki, bu cür puç nəzəriyyələr hiyləgər, zalım və zorakı insanlar
tərəfindən sui-istifadə edilərək müsəlmanları perik salıb tənəzzülə
uğratmalarına şərait yaradır.
Həqiqətdə sünnilər imamətin Allah tərəfindən tə’yin
olunmasını qanuni bir iş kimi qəbul etməklə “dinin siyasətdən
ayrılığı” kimi istismarçı siyasətin əsasını qoymuşlar. Şiələrin
əqidəsinə görə, məhz bu iş həqiqi İslamdan, Allaha pərəstiş
yolundan azğınlığa düşmənin başlanğıcı, eləcə də Peyğəmbərin (s)
vəfatından e’tibarən müsəlmanların arasında baş verən, yaxud
gələcəkdə baş verəcək yüzlərlə inhiraf və azğınlığın mənşəyi
olmuşdur.
Buna görə də müsəlman bir şəxs bu məsələni tam ciddiyyətlə,
hər növ təqlidçilik və təəssübdən uzaq olmaq şərti ilə araşdırmalı2
və haqq məzhəbi seçərək var-qüvvəsi ilə onu himayə etməlidir.
Aydındır ki, İslam dünyasının ümumi məsləhətini nəzərə
alaraq, İslam düşmənlərinin mövcud ixtilaflardan və müxtəlif
məzhəblərin qarşıdurmasından istifadə etməsinə şərait yaratmaqdan
uzaq olmaq lazımdır. Biz elə bir iş görməməliyik ki, müsəlmanların
1 “Əl-əhkamus-sultaniyyə” (Əbu Yə`la) Əbu Qasmi Səmərqəndinin “Əssəvadul-
ə`zəm” kitabının tərcüməsi, səh 40-42.
2 Xoşbəxtlikdən böyük alimlər bu barədə müxtəlif dillərdə və müxtəlif üslublarla
minlərlə kitab yazmış, haqq-həqiqət axtaranlar üçün tədqiqat yolunu açmışlar. Nümunə
üçün “Əbəqatul ənvar”, “Əl-ğədir”, “Dəlailus-sidq”, “Ğayətul-məram”, “İsbatul-hudat”
kimi kitabları qeyd etmək olar. Daha artıq mütaliə etməyə imkanı olmayan şəxslərə iki
sünni və şiə alimi arasında yazışmadan ibarət olan “əl-Müraciat” kitabına, eləcə də
“Əsluş-şiə və usuluha” kitabına müraciət etmələrini məsləhət görürük.